Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

07:54 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Leyla Əliyeva: “Jara-2018”in iştirakçılarına və tamaşaçılarına gözəl vaxt keçirməyi arzu edirəm
Leyla Əliyeva: “Jara-2018”in iştirakçılarına və tamaşaçılarına gözəl vaxt keçirməyi arzu edirəm
ANA SƏHİFƏ / Mədəniyyət
10:07 27.07.2018

 

İyulun 27-də - “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqlarının arasında olub.

Əvvəlcə Xalq Artisti Emin Ağalarov və övladı qırmızı xalının üzərindən keçiblər.

Bəstəkar və müğənni Emin Ağalarov “Jara-2018”in də iştirakçılar və tamaşaçılar üçün yaddaqalan olacağını vurğulayıb. Qeyd edib ki, tamaşaçıların festivala marağı ifaçıları ilhamlandırır. Mən hamıya xoş anlar arzu edirəm.

Tədbirin aparıcısı qırmızı xalının üzərindən keçən Leyla Əliyevanı festivalın muzası kimi təqdim edərək, onda bu qədər müsbət emosiyanın olmasına heyran qaldığını bildirib.

Leyla Əliyeva deyib: “Özümü çox xoşbəxt hesab edirəm. Sizinlə ünsiyyətdə olanda daha çox sevinirəm. Zənnimcə, siz işinizi ideal səviyyədə yerinə yetirirsiniz. Dünən çox gözəl idi. Əminəm ki, bu gün də belə olacaq. Hamıya gözəl axşam və cansağlığı arzu edirəm. Sağ olun”.

Qırmızı xalıdan Sergey Kojevnikov ailəsi ilə, eləcə də Qriqori Leps, The Jigits qrupu, Sevda Ələkbərzadə, Soqdiana, Stas Pyexa, Darya Antonyuk, Kristina Orbakayte, Filip Kirkorov, Valeriya, Araz Ağalarov, həyat yoldaşı, qızı və digərləri keçiblər.

Festivalın təşkilatçılarından olan Azərbaycanın Xalq Artisti Emin Ağalarov bu gün Leonid Aqutinin, Vladimir Presnyakovun və Valeriyanın yubiley gecələrinin keçiriləcəyini bildirib.

Qırmızı xalı üzərindən keçən ifaçılar Bakı və festival haqqında təəssüratlarını bölüşüb, yaradıcılıq yeniliklərindən söz açıblar.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM