Alternative content

14:29 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı ağır atlet Avropa birinciliyində bürünc medal qazanıb
Azərbaycanlı ağır atlet Avropa birinciliyində bürünc medal qazanıb
ANA SƏHİFƏ / İDMAN
08:07 27.07.2018

Milanda 15 və 17 yaşadək oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, 40-dək ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının daha iki üzvü – Əli Şükürlü və Əli Quliyev 15 yaşadək oğlanların mübarizəsində 94 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar.

Körpücük üzərinə çıxan Əli Şükürlü birdən qaldırma hərəkətində 120 kiloqram nəticə ilə Avropa birinciliyinin bürünc medalına sahib olub. İdmançımız eyni uğura təkanla qaldırma hərəkətində də göstərib. O, 145 kiloqram nəticə göstərərək bu hərəkətdə də bürünc mükafat əldə edib. Beləliklə, toplam 265 kiloqram (120+145) nəticə ilə Ə.Şükürlü Avropa birinciliyində 94 kiloqram çəki dərəcəsinin yekun sıralamasında da üçüncü yerə çıxaraq fəxri kürsüyə qalxıb.

Əli Quliyev birdən qaldırma hərəkətində 112 kiloqram nəticə ilə dördüncü, təkanla qaldırma hərəkətində isə 130 kiloqram nəticə ilə səkkizinci yeri tutub. Toplam 242 kiloqram (112+130) nəticə göstərən atletimiz yekun sıralamada altıncı olub.