27 Iyul 2018 05:07
141
DÜNYA
A- A+

İmran Xan Pakistanda parlament seçkilərində qalib gəldi

Keçmiş kriket ulduzu İmran Xanın başçılıq etdiyi “Ədalət uğrunda hərəkat” partiyası Pakistanda keçirilmiş ümumxalq seçkilərində qələbə qazanmışdır. Lakin partiya hökuməti formalaşdırmaq üçün koalisiya üzrə tərəfdaş axtarıb tapmalıdır. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

Seçki Komissiyasının məlumatına görə, Xanın partiyası parlamentdə 269 yerdən 109-na yiyələnmişdir. Onun əsas rəqibi – sabiq Baş nazir Nəvaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası 63 mandat qazanmışdır.

Xan söz vermişdir ki, ölkəni indiyədək heç kəsin etmədiyi kimi idarə edəcək, korrupsiyaya qarşı mübarizə aparacaq, regional əməkdaşı inkişaf etdirəcək və ABŞ-la yeni münasibətlər quracaq. Onun dediyinə görə, Vaşinqtonla münasibətlər bundan sonra “birtərəfli” olmayacaq.

Korrupsiyada təqsirli bilinərək onillik həbs cəzası çəkən Nəvaz Şərif Xanın partiyasının qələbəsini tanımamış və seçkilər zamanı xeyli saxtakarlıq, habelə digər pozuntular barədə məlumat vermişdir. İmran Xan isə bu seçkiləri Pakistan tarixində ən şəffaf seçkilər kimi qiymətləndirmişdir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video