Alternative content

12:34 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT maliyyə problemləri ilə üzləşib
BMT maliyyə problemləri ilə üzləşib
ANA SƏHİFƏ / DÜNYA
05:07 27.07.2018

BMT-nin pul ehtiyatları heç vaxt indiki kimi aşağı səviyyədə olmamışdır. Bu barədə təşkilatın baş katibi Antoniu Quterrişin iştirakçı ölkələrə və BMT-nin əməkdaşlarına ünvanladığı bəyanatda məlumat verilir.

Sənəddə qeyd olunur ki, BMT xərcləri ixtisar edəcək və lazımi tədbirlər görəcək: “Ümumi vəziyyət təşviş yaradır. BMT səviyyəsində bir təşkilat maliyyə çətinlikləri yaşamamalıdır. Yardıma ehtiyacı olanlara kömək edə bilməməyimiz bizi daha çox narahat edir”.

Təşkilatın mətbuat katibi Stefan Düjarrik jurnalistlərə demişdir ki, BMT-nin iştirakçı olan 193 ölkədən yalnız 112-si iyul ayı üçün üzvlük haqqını ödəmişdir. Onun dediyinə görə, yaranmış vəziyyətin səbəbi ödənişlərin gecikdirilməsi, yaxud verilməməsidir.

BMT-nin ən iri donoru - ABŞ hələ ki lazımi vəsaitləri ödəməyib. Vaşinqtonun payına təşkilatın büdcəsinin təxminən 22 faizi düşür.

Bundan əvvəl Donald Tramp administrasiyası BMT-də inzibati və maliyyə islahatları aparmağa, təşkilatın büdcəsini ədalətli şəkildə maliyyələşdirməyə  çağırmışdır.

ABŞ 2018-2019-cu illərdə BMT-nin maliyyələşdirilməsini 285 milyon dollar azaltmaq qərarına gəlmişdir.