Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:06 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Afina ətrafında yanğınlar bilərəkdən törədilib
Afina ətrafında yanğınlar bilərəkdən törədilib
ANA SƏHİFƏ / DÜNYA
05:07 27.07.2018

Afina yaxınlığında yanğınlar bilərəkdən törədilə bilərdi. Bu barədə Yunanıstan hökuməti məlumat vermişdir.

Mülki müdafiə naziri Nikos Toskas bildirmişdir ki, qısa müddət ərzində bir neçə yerdə başlamış yanğın cinayətkar niyyətin nəticəsi ola bilər. Buna peykdən çəkilmiş şəkillərin təhlili və hadisə yerinə baxış da dəlalət edir.

Toskasın dediyinə görə, cinayətkar fəaliyyətin ciddi əlamətləri mövcuddur. O əlavə etmişdir ki, Yunanıstan hökuməti meşə yanğınları ilə əlaqədar təhqiqat aparır.

Xatırladaq ki, həftənin əvvəllərindən bəri Afina ətrafında davam edən meşə yanğınları 82 nəfərin həyatına son qoymuş, 180 nəfərə yaxın adam xəsarət almışdır. Quruda və suda axtarış-xilasetmə əməliyyatları davam edir.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM