Polşanın paytaxtı Varşavanın küçələrində iğtişaşlar baş verir. Ali Məhkəmədə keçirilmiş islahatlardan narazı qalan nümayişçilər Prezident sarayının yaxınlığında mitinq keçirirlər. Yerli KİV-in xəbərinə görə, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmişdir. Lakin hüquq-mühafizə orqanları təkid edir ki, bu, cavab reaksiyası olmuşdur. Belə ki, əvvəlcə nümayişçilər polislər tərəfə hansısa maddə püskürtməyə başlamışlar.
Xatırladaq ki, bu il aprelin 3-də Polşada yeni qanun qüvvəyə minmişdir. Qanuna görə, Ali Məhkəmənin bütün hakimləri 65 yaşdan sonra təqaüdə çıxmalıdırlar. Eyni zamanda yaşlı hakimin səhhəti imkan versə və o, Prezidentin razılığını alsa, vəzifəsini qoruyub saxlaya bilər.
Jurnalistlər aydınlaşdırmışlar ki, Ali Məhkəmənin 27 üzvündən 16-sı müvafiq sənədləri təqdim etmişdir. Qalanları isə bundan imtina etmişlər. Onlar əmindirlər ki, yeni qanun dövlət başçısının Ali Məhkəməyə nəzarət etməsinə imkan verəcək.