Alternative content

15:46 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Abituriyentlərin nəzərinə: sual kitabçaları Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib
Abituriyentlərin nəzərinə: sual kitabçaları Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib
ANA SƏHİFƏ / Təhsil
04:07 27.07.2018

 

Abituriyentlər ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarındakı sual kitabçalarını əldə edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, sual kitabçalarının elektron versiyasını http://eservices.dim.gov.az/ejurnal linkindən əldə etmək mümkündür.

Yaxın günlərdə abituriyentlər, müəllimlər, ekspertlər, valideynlər II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarındakı test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın iki gündə elan olunması nəzərdə tutulur. İmtahanın nəticələrini DİM-in internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.