Alternative content

09:39 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu ilin ikinci Ay tutulması hadisəsi baş verəcək
Bu ilin ikinci Ay tutulması hadisəsi baş verəcək
ANA SƏHİFƏ / Elm və texnika
11:07 27.07.2018

Bu ilin ikinci Ay tutulması hadisəsi iyulun 27-dən 28-nə keçən gecə baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, Ay tutulması hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da isə başa çatacaq.

Yerin ekvatorial zonasında baş verəcək bu astronomik təbiət hadisəsi “mərkəzi tutulma” adlanır. Yəni Ay kölgənin mərkəzindən keçəcək.

Ay tutulması hadisəsi Azərbaycan ərazisində tam müşahidə olunacaq.

Qeyd edək ki, Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci ilin sentyabrın 15-nə təsadüf etməsi gözlənilir. Builki yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşür. 1 saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM