Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

21:36 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Made in Azerbaijan” - tələbat da, çeşid də çoxalır
“Made in Azerbaijan” - tələbat da, çeşid də çoxalır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:07 27.07.2018

 

Latviyada “Azərbaycan Ticarət Evi”nin açılışı məhsullarımızın ixrac coğrafiyasını bir qədər də genişləndirdi

 

Xarici əlaqələrini daim genişləndirən Azərbaycan həm ixrac imkanlarını, həm də ixrac coğrafiyasını şaxələndirir. Bunun üçün ardıcıl tədbirlər də görülür. İlk növbədə xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik daha da təkmilləşdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində son illər sahibkarların öz ixrac-idxal əməliyyatlarını daha rahat şəkildə həyata keçirmələri üçün mühüm işlər görülür.

 

İxrac-idxal əməliyyatları getdikcə sadələşdirilir

 

Bu gün ölkənin ixrac potensialından tam səmərəli istifadə olunması üçün dövlət tərəfindən bir sıra addımlar atılır, müvafiq sənədlər imzalanır. Elə dövlət başçısının aprel ayının 20-də ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı sərəncam da bu məqsədlərə xidmət edir. Belə ki, sənəd qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsinə və ixracın həcminin artırılmasına xidmət edir.
Əlavə edək ki, hələ ötən ilin may ayında Nazirlər Kabinetinin qərarına əsasən, ixrac-idxal əməliyyatlarında sərhəd-keçid məntəqələrində tələb olunan sənədlərin sayı da azaldılmışdı. Bu, sahibkarların ixrac-idxal missiyalarını daha asan həyata keçirə bilməklərinə yönəlmiş növbəti islahat tədbirlərinin bir hissəsi idi.

 

Xarici ölkələrə 15 ixrac missiyası baş tutub

 

Qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri davam etdirilir. İndiyədək 15 ixrac missiyası təşkil olunub, beynəlxalq sərgilərdə ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələri imzalanıb. Həmçinin ixrac təşviqinin ödənilməsi davam etdirilib və bu ilin birinci yarısında sahibkarlara 2,2 milyon manat, indiyədək isə 5,3 milyon manat ixrac təşviqi ödənilib.
Yerli məhsulların ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun, arıçılar, nar, fındıq, şərab, çay, süd və s. istehsalçıları və ixracatçıları assosiasiyalarının iclasları keçirilib, yerli şirkətlərə ixracla bağlı xidmətlər göstərilib.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində ixracın artım tempi davam edib, kənd təsərrüfatı məhsullarının ixracı 22 faiz, sənaye məhsullarının ixracı 27 faiz, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı isə 34 faiz artıb.

 

İlk dəfə olaraq ölkəmizə alıcı missiyaları təşkil olunur

 

Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair fərmanına uyğun olaraq, bu il Azərbaycan şirkətləri dövlət büdcəsi hesabına 11 beynəlxalq ərzaq sərgisində vahid ölkə stendi ilə iştirak ediblər.
Bununla yanaşı, ixracın dəstəklənməsi mexanizmləri və stimullaşdırıcı tədbirlərin əhatə dairəsi daha da genişləndirilib. Dövlət başçısının xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına dair yanvarın 11-də imzaladığı fərmana əsasən bu ildən xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək. İlk dəfə Azərbaycana alıcı missiyaları təşkil olunacaq, bu məsələdə sahibkarlara daha çox dəstək göstəriləcək.

 

Xarici KİV-də “Made in Azerbaijan” brendinin təşviqinə başlanıb

 

Hazırda Azərbaycanın Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Şərqi Avropada ticarət nümayəndələri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində “Azərbaycan İş Mərkəzi” açılıb.
Xarici kütləvi informasiya vasitələrində sahəvi brendlərin reklamı kampaniyasına, “Made in Azerbaijan” brendinin təşviqinə başlanıb. Əlbəttə ki, həm reklam kampaniyası, həm də islahatlar geniş vüsət aldıqca, Azərbaycanın dünyanın əksər ölkələri ilə ticarət dövriyyələri artır və yeni ticarət müqavilələri bağlanır. Dövlət daha çox qeyri-neft sektorunun inkişafı, yerli istehsalın güclənməsi, yeni iş yerlərinin yaradılması və ölkəmizin daha sürətlə inkişafı üçün bütün lazımi addımları atır.

 

Azərbaycanın 3-cü “Ticarət Evi” Latviyada açıldı

 

Belarus və Ukraynadan sonra Latviyada da “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb. İyulun 23-də Latviyanın paytaxtı Riqada ticarət evinin təntənəli açılış mərasimi keçirilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Azərbaycan Ticarət Evi” dünya bazarında tələbat artan “Made in Azerbaijan” brendinin Latviya bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu ölkədə məhsullarımızın satışını təşkil edəcək, eyni zamanda bu sahədə əlaqələndirməni həyata keçirəcək.
Azərbaycan mallarının Avropa İttifaqı bazarına ixracı üçün nəqliyyat logistikası sahəsində azərbaycanlı sahibkarlara Latviyanın tranzit dəhlizinin - limanların, dəmir yolların, aeroportun, avtonəqliyyatın imkanlarından istifadə etmək də təklif olunub. Bundan başqa, Azərbaycanın Avropa ölkələrinə göndərilən xarici ticarət yüklərinin saxlanması və emal edilməsi məqsədilə Latviya ərazisində yeni nəqliyyat-logistika mərkəzləri, terminallar, anbarlar yaratmaq üçün geniş imkanlar var.

 

Artıq Latviyaya 120 ton kənd təsərrüfatı məhsulu göndərilib

 

“Ticarət evi”ndə Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi 70 çeşidə yaxın şərab məhsulları, 26 çeşiddə konyak, 10 çeşiddə araq, 26 çeşiddə çay, 23 çeşiddə meyvə şirələri və kompotlar, 70 çeşiddən çox digər məhsullar, o cümlədən bitki yağları, zeytun, fındıq, düyü, meyvə-tərəvəz, tekstil və kosmetik məhsullar, sənaye malları, turizm xidmətləri nümayiş olunur. Artıq 120 ton kənd təsərrüfatı məhsulu Latviyaya göndərilib.
Bu, eyni zamanda, Azərbaycan məhsullarının Latviya bazarında təşviqi istiqamətində geniş imkanlar yaradacaq və nəticə etibarilə, Azərbaycanda həyata keçirilən qeyri-neft ixracının genişləndirilməsinə bir töhfə olacaq. Bütün bunlar həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Hazırda qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Latviya əlaqələri uğurla inkişaf edir. Azərbaycanla Latviya arasında əlaqələr dövlət başçılarının siyasi iradəsi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Latviyada “Azərbaycan Ticarət Evi”nin açılması da bu ölkədə Azərbaycan məhsullarına olan marağın göstəricisidir. Əlbəttə ki, “Azərbaycan Ticarət Evi”nin açılması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək.

 

164 milyon dollarlıq sərmayə

 

Azərbaycan tərəfdən Latviyaya 164 milyon dollar, Latviya tərəfindən Azərbaycan iqtisadiyyatına 84 milyon dollar həcmində sərmayə qoyulub. Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahələrində 40 Latviya şirkəti fəaliyyət göstərir.
Açılış mərasimində Azərbaycanın iki şirkəti ilə Latviya şirkətləri arasında ölkəmizdə istehsal olunan məhsulların Latviyaya ixracına dair anlaşma memorandumları imzalanıb.
“Azərbaycan Ticarət Evi”nin əsas istiqamətlərindən biri ölkəmizin məhsullarının Latviyaya və Latviya vasitəsilə digər Avropa ölkələrinə ixracı istiqamətində tədbirlər görmək, hər iki ölkənin iş adamları arasında əlaqələr yaratmaqdan ibarətdir. Yəni, bu cür platforma vasitəsilə Azərbaycan məhsulları təkcə Latviya bazarına deyil, digər ölkələrin də bazarlarına çıxış imkanı əldə edəcək. Bu, ölkəmizə əlavə valyutanın daxil olmasına, eyni zamanda, Azərbaycan iş adamlarının avropalı iş adamları ilə əlaqələrinin inkişaf etdirilməsinə müsbət təsir göstərəcək.

 

İlin sonuna kimi bir neçə ölkədə ticarət və şərab evləri açılacaq

 

Bu ilin sonunadək Çinin Şanxay şəhərində “Azərbaycan Şərab Evi”, Birləşmiş Ərəb Əmirliklərində “Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır. Çinin paytaxtı Pekində və bir sıra digər iri şəhərlərində də ticarət və şərab evlərinin yaradılması nəzərdə tutulur.
Həm ticarət evlərinin, həm də ticarət nümayəndəlikərinin fəaliyyəti, eləcə də ölkədə biznes mühitinin inkişafına və sahibkarların fəaliyyətinə dövlət dəstəyinin gücləndirilməsi “Made in Azerbaijan” brendinin ixrac coğrafiyasını genişləndirməkdədir. Hazırda ölkəmizdə qeyri-neft sektorunda istehsal edilən əksər məhsullar dünyanın bir sıra ölkələrinə ixrac edilir və hər il çeşidi artan məhsullarımız dünya bazarında layiqli yerini tutur. Bu isə bir daha təsdiq edir ki, milli brendimizə, məhsullarımıza tələbat getdikcə çoxalır. Son altı ayda dünyanın 170 ölkəsi ilə qarşılıqlı ticari əməkdaşlıq bunun əyani sübutudur.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM