27 Iyul 2018 01:07
334
Mədəniyyət
A- A+

Bakı “Jara-2018” həyəcanını yaşadı

 

Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına evsahibliyi edir. İsti iyul günlərində Bakının “Sea Breeze” məkanında - Xəzər dənizinin sahilində təşkil olunan bu musiqi bayramı ildən-ilə həm iştirakçılarının sıralarını, həm də tamaşaçı auditoriyasını genişləndirir.

Təsadüfi deyil ki, bu il “Jara” musiqi mükafatı layiqli sahiblərinə təqdim olundu, festival MDB üzrə ən yaxşı yay festivallarının üçlüyünə daxil edildi, habelə “Jara TV” və “Jara” radiostansiyası yayım məkanında öz auditoriyasını formalaşdırdı.

İyulun 26-da axşam saatlarında Bakıdakı “Sea Breeze” məkanında “Jara-2018” Beynəlxalq Musiqi Festivalı start götürdü. Əvvəlcə iştirakçılar qırmızı xalı üzərindən keçdilər. Sonra Alekseev, Zara, Emil Qədirov, Saşa Orlov, habelə Elina Çaqa və Andrey Qrizli dueti, Natan və başqalarının ifaları təqdim edildi. Estrada ulduzları ifalarından sonra festival haqqında təəssüratlarını bölüşdü, burada çıxış etməkdən məmnun qaldıqlarını bildirdilər, bu möhtəşəm festivala böyük həvəslə qatıldıqlarını vurğuladılar. Musiqiçilərin çıxışları, enerjili və coşqulu ifalar konserti  dinləməyə gələnlərə unudulmaz gecə yaşatdı.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da “Jara-2018”in fəxri qonaqları arasında olub.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Əlbəttə, multikulturalizmin beşiyi olan Azərbaycanda çoxsaylı musiqiçilərin iştirak etdiyi beynəlxalq səviyyəli mədəniyyət tədbirinin həyata keçirilməsi ölkəmizin nüfuzunu dünyada daha da artırır. Elə bu səbəbdən də, antiazərbaycançı şəbəkə bu uğurlarımıza kölgə salmağa çalışır. Bir neçə gün idi ki, müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə “Jara-2018” Beynəlxalq Musiqi Festivalı ilə bağlı xoşagəlməz kampaniya başlamışdı. Bu çirkin kampaniya zamanı iddia edilirdi ki, guya rusiyalı müğənni Zara Mqoyanın iştirakçı kimi festivala qatılması yolverilməzdir. Axı nə üçün Azərbaycan torpaqlarının işğalında iştirakçı olmayan, xalqımıza qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin ölkəmizə gəlməsi yolverilməz hesab olunmalıdır?

Bu gün Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. Xalqlar və millətlərarası münaqişələrin alovlandığı, dini və irqi ayrı-seçkiliyin tüğyan etdiyi müasir dövrdə ölkəmizdə mümkünləşən bu cür tədbirlər sülhə və əmin-amanlığa çağırış missiyasını yerinə yetirir. Əgər biz bir erməni əsilli şəxsə görə bu qədər sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə  birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video