Alternative content

12:07 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Jara-2018” festivalı başlayıb
Bakıda “Jara-2018” festivalı başlayıb
ANA SƏHİFƏ / Mədəniyyət
01:07 27.07.2018

 

İyulun 26-da Bakıda “Jara-2018” festivalı başlayıb. AZƏRTAC xəbər verir ki, festivalın birinci günündə əvvəlcə Alekseev, Zara, Emil Qədirov, Saşa Orlov, Elina Çaqa və Andrey Qrizli dueti, Natan, Sofi Kalçeva, Ruslan Sultan və başqalarının ifaları təqdim edilib. Estrada ulduzları ifalarından sonra festival haqqında təəssüratlarını bölüşüb, burada çıxış etməkdən məmnun qaldıqlarını bildiriblər.

Festivalın ilk günü tamaşaçılara xoş anlar yaşadıb. Azərbaycanın Xalq Artisti Emin Ağalarovun “Neveroyatnaya”, “Azərbaycan” mahnılarını ifa etməsi, eləcə də onun Stiven Siqalla birgə “Boogie man” ifası alqışlarla qarşılanıb.

Alessandro Safinanın Müslüm Maqomayevin repertuarından “Əbədi mavilik” mahnısını səsləndirməsi, Mariya Novikova ilə dueti tamaşaçıların alqışlarına səbəb olub.

Sonra tanınmış ifaçılar Tomas Nevergreen, İn Grid, habelə MOZGİ qrupunun çıxışları olub.

Filip Kirkorovun onu müşayiət edən musiqiçilərlə birgə səhnəyə çıxışı “Jara-2018”in hərarətini daha da artırıb. Dünya şöhrətli ifaçı Bakıya yenidən gəlməkdən, buradakı dostlarını görməkdən çox şad olduğunu bildirib. Qeyd edib ki, “Jara” Beynəlxalq Musiqi Festivalının ömrü uzun olacaq və onun üçün “Jara”nın bir parçası olmaq şərəfdir.

Festivalın ilk günündə, həmçinin MOT, Artik & Asti, A`Studio, Brandon Stone, DoReDos, LOBODA, Artyom Pivovarov, Yuliya Kovalçuk, Slava, Lyibov Uspenskayanın Nastya Kamenskix ilə dueti, Artur Pirojkov, Timati, Yeqor Krid, Valeriya və başqalarının çıxışları olub.

Festival çərçivəsində səslənən fikirlərdən biri də “Jara”nın miqyasına görə “Eurovision”dan heç də geri qalmadığı barədə olub. Hər bir tamaşaçı bu festivalda öz ifaçısını və mahnısını tapa bilər. Festivalın birinci günündə Yana Çurikova və Nikolay Baskov aparıcılıq ediblər.

Festival çərçivəsində növbəti günlərdə yaradıcılıq gecələri də keçiriləcək.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.