Alternative content

16:52 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Torpağa can verən su həm də bərəkətdir
Torpağa can verən su həm də bərəkətdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:07 27.07.2018

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında ölkəmizdə kənd təsərrüfatının inkişafı ümdə məsələlərdən biri kimi qoyulub və bu məqsədlə meliorativ tədbirlərin həyata keçirilməsi üçün böyük layihələr icra olunur. Suvarma sistemləri şəbəkəsi yenidən qurulur, yeni sututarların yaradılması, əkin dövriyyəsinin artırılması, yeni su kanallarının çəkilişi üçün tədbirlər görülür. Ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq və tədricən aradan qaldırmaq məqsədilə kənd təsərrüfatının inkişafı ön plana çəkilib. Bununla əlaqədar suvarma suyuna olan tələbatı ödəmək üçün meliorasiya və irriqasiya işlərinin həyata keçirilməsinə diqqət artırılıb. 

Qədim əkinçilik diyarı olan Qubada da bu məsələ diqqət mərkəzindədir. Rayonda 168 min əhalinin 120 min nəfərdən çoxu kəndlərdə yaşayır və əksəriyyətinin dolanacağı əkinçilikdən çıxır. Regionda kənd təsərrüfatının inkişafı üçün əlverişli torpaq və iqlim şəraiti olduğundan ilbəil fərdi əkin və bağ sahələri genişləndirilir. Cari ildən yeni bir təsərrüfat sahəsi də yaradılıb. Belə ki, 2000 hektar ərazidə fındıq bağları salınıb, bu da suvarma suyuna tələbatı artırıb. Bu sahədə ən böyük məsuliyyət suvarma sistemləri idarəsinin üzərinə düşür. Kollektiv torpaqları meliorativ cəhətdən sağlamlaşdırmaq və əkin dövriyyəsinə qaytarmaq, susuz əraziləri su ilə təmin etmək, çayların axınlarını təmizləmək, bəndlər tikmək kimi vacib işlərin öhdəsindən gəlmək üçün səylə çalışır.
Qubada suvarılan 26033 hektar torpağın 13843-ü bağ, 3369-u əkin, 310-u tərəvəz-bostan, 7215-i yem bitkiləri sahələridir. Üstəlik, bağ və əkin sahələri də ilbəil genişləndirilir. Odur ki, sudan səmərəli istifadə olunması idarənin qarşısında duran vacib məsələlərdəndir. Bu istiqamətdə suvarma drenaj infrastrukturunun bərpası və tamamlanması layihəsinin həyata keçirilməsi üzrə işçi qrupunun nəzarəti altında 9600 hektar sahədə mövcud olan suvarmapaylayıcı sistemdə kompleks təmir-bərpa işləri aparılıb. Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri 2016-cı ilin yanvar ayından etibarən 20 illik müddətində sudan istifadə edən birliklərin (SİB) istifadəsinə verilib.
Onu da qeyd edək ki, Dünya Bankı və adıçəkilən işçi qrupunun tövsiyəsi ilə iqtisadi cəhətdən zəif olan 12 sudan istifadəedənlər birliyinin bazasında 4 idarə yaradılıb. Hazırda “Bərəkət” SİB 5342, “Dalğa” SİB 8646, “Həyat” SİB 5177, “Sarıqaya” SİB 5697 hektar suvarılan torpaq sahələrinə xidmət göstərir. SİB öhdəliklərindəki ərazilərin yararlı sahələrini suvarma suyu ilə təmin edir, su pulunun dəyərini toplayır, təsərrüfatdaxili suvarma sistemlərində təmir aparır, suyun özəl torpaq sahiblərinə limit çərçivəsində düzgün bölüşdürülməsini həyata keçirir.
Bundan əlavə, su təminatının daha da yaxşılaşdırılması üçün Şıxəhmədarx adlı torpaq kanalının 1800 poqonmetr uzunluğunda olan hissəsi və baş qurğusu beton üzlük döşənməklə təmir olunub. Xanarxın 2600 poqonmetr uzunluğunda, həmçinin bu kanalın davamı olaraq 500 metr hissəsi əlavə olaraq beton üzlüklərlə üzlənib. Baş qurğudan su götürən qidalandırıcı kanalın 17 kilometrlik hissəsi, həmçinin kanalın üzərindəki suburaxıcı qapılar, körpülər təmir edilib. “Şəfəq” Dövlət Damazlıq Müəssisəsinə məxsus 356 hektar əkin sahəsini su ilə təmin edən 4 kilometr uzunluğunda yeni boru xətti çəkilərək istehsalçıların istifadəsinə verilib. 9500 hektar suvarılan torpaq sahələrinə xidmət edən baş qurğuda, suburaxıcı qapılarda, körpü və digər hidrotexniki qurğularda əsaslı təmir aparılıb.
Artezian quyularının qazılması da diqqət mərkəzindədir. Belə ki, Mirzəqışlaq, Atuc, Zərdabi, Pirvahid, Amsarqışlaq, Küpçalqışlaq, İkinci Nügədi kəndlərində subartezian quyusu qazılaraq istifadəyə verilib. Bu il Alpan, Əlibəyqışlaq, Zizik, Birinci Nügədi və Vəlvələ kəndlərində də subartezian quyularının qazılması planlaşdırılıb.
Kollektivin gördüyü işlər bununla bitmir. Belə ki, müntəzəm olaraq Qırmızı Qəsəbə, Şıxəhmədarx, Xanarx, Xürelarx, Əlibəyqışlaq, Ağbil, Vladimirovka, Baxışarx, Sarı-qaya, Pirvahidarx Samur-Abşerondan birbaşa su götürən, Mirzəqışlaq kəndinin və ümumilikdə 26,3 kilometr uzunluğunda təsərrüfat kanallarında təmir işləri aparılıb.
Yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin, torpaq sahələrinin sel və daşqından mühafizə olunması üçün daş beton bəndlər inşa edilib, suistiqamətləndirici bəndlər qurulub. Cek kəndinin bağ və əkin sahələrinin, həmçinin kənd yolunun sel sularından qorunması məqsədilə 162 poqonmetr uzunluğunda daş-beton bəndlərin inşası başa çatdırılıb, Qudyal çayında 124 poqonmetr daş-beton bənd təmir olunub. Hazırda şəhər ərazisinin sel və daşqınlardan mühafizəsi üçün bu çayda 176 poqonmetr uzunluğunda bənd tikilir. Eyni zamanda rayonun ərazisindən keçən çayların təhlükə gözlənilən hissələrində məcralar təmizlənir, sahilqoruyucu və suistiqamətləndici torpaq bəndlər qurulur.
Hazırda rayonun ucqar dağ kəndlərinin suvarılmasında müasir qurğulardan istifadə edilir. Onu da bildirək ki, yeni qurğu suya iki dəfə qənaət edir, məhsuldarlığı artırır, su itkisinin qarşısını alır. Bəzi ərazilərdə hidrotexniki qurğular da quraşdırılır, istifadəsiz torpaqların suvarılması üçün boru xətləri çəkilır. Bugünədək 2000 hektar ərazi əkinəyararlı hala gətirilib.
Qubada təsərrüfat sahələri bitkilərin növünə uyğun suvarılır. Mövsümi bitkilərin suvarılması idarənin tərtib etdiyi xəritə ilə aparılır. Çünki elə bitkilər var ki, onlar bar verməyə başlayanda suvarılması dayandırılır. Elələri də var ki, daim su ilə təmin edilməlidir. Rayonda damla suvarması da geniş tətbiq olunur. Fermerlər bu mütərəqqi metodun tətbiqini genişləndirirlər.
Havaların yağışlı keçməsi dağ çaylarının suyunun qalxması, bəzən daşması ilə nəticələnir. Bir neçə belə hadisə ətrafda yerləşən kəndlərin ərazisinə ziyan vurmuş, təsərrüfatçıların min zəhmət bahasına hasilə gətirdikləri bitkiləri kökündən çıxarıb aparmışdı. Qlobal iqlim dəyişikliklərini nəzərə alan melioratorlar problemlərlə üzləşməmək üçün öncədən tədbirlər görürlər. İndiyədək əkinəyararlı torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün 32 kilometr uzunluğunda təsərrüfat kanallarında təmir-təmizləmə işləri üzrə kompleks tədbirlər həyata keçirilib.
Rayonda iqtisadiyyat sahələri artdıqca su təminatı aktual problemə çevrilir. Çıxış yolu isə yeni sututarların yaradılmasında, əldə olan vasitələrdən səmərəli istifadə etməklə alternativ üsullardan yararlanmaqdadır.

Akif ƏLİYEV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM