Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:57 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazax baramaçıları yaxşı göstəriciyə nail olublar
Qazax baramaçıları yaxşı göstəriciyə nail olublar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:07 27.07.2018

 

Baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi insanlarda bu sahəyə marağı xeyli artırmışdır. İstehsal etdiyi baramanın bir kiloqramını 4 manata satan kümçü hər kiloqram üçün də 5 manat subsidiya alır.

Götürək Qazax rayonunu. Cəmi üç ildir ki, baramaçılıqla məşğul olan rayon sakinləri 2016-cı ildə 1502 kiloqram, 2017-ci ildə 4623 kiloqram, bu il 6260 kiloqram barama istehsal etmişlər. Rayonda elə kümçülər var ki, çox yaxşı göstəriciyə nail olmuşlar. Məsələn, Alpout kəndinin sakini Emil Qurbanov bu il 109 qram ipəkqurdu bəsləyərək 376 kiloqram barama istehsal etmişdir. Söhbət zamanı Emil Qurbanov dedi ki, dövlət bizə dəstək olmaqla yanaşı, istehsal etdiyimiz məhsula görə əlavə subsidiya da ödəyir. Məhsulumuz da yerdə qalmır. Şəki İpək Kombinatı elə rayon mərkəzində qəbul məntəqəsi açaraq baramanı alıb, pulumuzu ödəyir.

Qazaxda Emil Qurbanov kimi baramaçılığa maraq göstərənlər çoxdur. Xanlıqlar kəndinin sakini Xasay Balayev həmkəndlisi Fərmayıl Rzayevlə birlikdə bu il 170 qram baramaqurdu götürərək 406 kiloqram, Kosalar kəndinin sakini Ramiz Əsədov  həmkəndlisi Şahin Əliyevlə birlikdə 388 kiloqram barama istehsal etmişlər. Dəmirçilər kəndinin sakini Afiq Yusifov 424 kiloqram, Aslanbəyli kəndinin sakini Kommunalı Nəsibov 457,5 kiloqram, Hüseynbəyli kəndinin sakini Nazim Məmmədov 432,8 kiloqram barama təhvil vermişlər. 

Onu da qeyd edək ki, əhalinin gəlirlərinin artmasında böyük əhəmiyyət daşıyan baramaçılığın inkişaf etdirilməsi üçün rayonda geniş tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Həmin plana uyğun olaraq baramaçılıqda vacib məsələ olan tut bağlarının salınması davam etdirilir. Bu məqsədlə 2016-2017-ci illərdə rayonun 16 yaşayış məntəqəsində Çindən gətirilmiş 23 min ədəd məhsuldar tut tingləri əkilmiş, 11 min 800 ədəddən ibarət yerli tut bağı salınmışdır. Doğrudur, hələlik həmin ağaclardan istifadə edilmir. Lakin yaxın bir neçə ildən sonra bu tut ağacları imkan verəcəkdir ki, rayonda baramaçılıqda daha böyük nailiyyətlər qazanılsın.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM