Alternative content

23:39 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə qırıcıları daha 12 terrorçunu zərərsizləşdirib
Türkiyə qırıcıları daha 12 terrorçunu zərərsizləşdirib
ANA SƏHİFƏ / DÜNYA
08:07 26.07.2018

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları ölkənin Hakkari və Şanlıurfa, eləcə də İraqın şimalındakı Hakurk ərazisində daha 12 terrorçunu zərərsizləşdirib.

Təhlükəsizlik qüvvələri antiterror əməliyyatlarını davam etdirir.