26 Iyul 2018 07:07
345
Mədəniyyət
A- A+

Builki “Jara” festivalında 75 ifaçı çıxış edəcək

Builki “Jara” festivalının hazırlıq işlərinə təxminən bir il vaxt sərf olundu. Biz “Jara-2017” Beynəlxalq Musiqi Festivalını başa çatdırdıqdan sonra keçən il avqust ayının əvvəlində görüşdük və görəcəyimiz işləri planlaşdırmağa başladıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq Artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarov mətbuat konfransında səsləndirib. Qeyd edib ki, bu il festivalda 75 ifaçı çıxış edəcək, 1200-dən çox musiqiçi gəlib. Artıq “Odnajdı na Jare” filminin çəkilişlərinə başlanılıb. Bu ekran əsərində festivalın iştirakçıları rol alıb. Diqqətə çatdırdı ki, filmdə iştirak edəcək 58 artistdən biri də Stiven Siqaldır. O da ilk dəfə olaraq bu festivalda iştirak edir. Həmçinin hər bir artist üçün “Jara” albomunun hazırlanması nəzərdə tutulur.

“Jara-2018” festivalının açılışı münasibətilə təşkil edilən mətbuat konfransında, həmçinin festivalın digər təşkilatçıları - Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov, dünya şöhrətli ifaçılar Filip Kirkorov, Lyubov Uspenskaya, habelə MOT jurnalistlərin suallarını cavablandırıblar.

“Jara” Beynəlxalq Musiqi Festivalı musiqi aləmində 2018-ci ilin ən vacib hadisələrindəndir. Dörd gün ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda iştirak etmişəm, “Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı ilə digərlərindən seçilir”, - deyə vurğulayan Filip Kirkorov qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, iki il öncə “Crystal Hall”da keçirdiyi konserti yaradıcılığının ən möhtəşəm konserti adlandırıb.

Qriqori Leps isə festivalda gənc ifaçıların iştirakını yüksək dəyərləndirib. Gənc ifaçı MOT isə bu festivalı gənclər üçün bir yaxşı başlanğıc kimi qiymətləndirib.

İlk dəfə bu festivalda iştirak etdiyini qeyd edən Lyubov Uspenskaya təşkilatçılığın yüksək səviyyədə olduğunu, Bakını da gəzəcəyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video