Alternative content

01:48 21 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:47 21.08.2019 Mərhəmət ünvanı
00:31 21.08.2019 6 ayda 6 faiz artım
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pakistanda keçirilən parlament seçkilərində İmran Xan liderdir
Pakistanda keçirilən parlament seçkilərində İmran Xan liderdir
ANA SƏHİFƏ / DÜNYA
05:07 26.07.2018

Pakistanda keçirilmiş parlament seçkilərində İmran Xanın başçılıq etdiyi “Ədalət uğrunda hərəkat” partiyası liderlik edir. Bu barədə PTV dövlət telekanalı ilkin nəticələrin məlumatını açıqlamışdır.

Məlumata görə, partiya ölkə parlamentində 100-dən çox yer qazanmışdır.

Pakistanın Milli Məclisinə (parlamentin aşağı palatası) daxil olan 342 deputatdan 272-si gizli səsvermə yolu ilə seçilir. Digər yerlər isə qadınlara və dini azlıqlara verilir. Hökuməti formalaşdırmaq üçün 130 yerə nəzarət etmək lazımdır.

Seçki prosesində iştirak etmiş digər siyasi partiyalar səsvermənin ilkin nəticələri ilə əlaqədar ertirazlarını bildirmişlər. Məsələn, sabiq baş nazir Nəvaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası seçkilərdə  saxtakarlıqların olduğu barədə bəyanat vermişdir.

Pakistanın Seçki Komissiyası səsvermə günü 600 şikayətin daxil olduğunu bildirir. 

Qeyd edək ki, seçkilər keçirilən gün Kvetta şəhərində törədilmiş partlayış nəticəsində 31 nəfər həlak olmuşdur.

 



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM