Alternative content

17:40 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaponiyada “Aum Sinrikö”nün digər başçıları da edam olundu
Yaponiyada “Aum Sinrikö”nün digər başçıları da edam olundu
ANA SƏHİFƏ / DÜNYA
05:07 26.07.2018

Yaponiyada “Aum Sinrikö” ekstremist sektasının daha 6 başçısı edam olunmuşdur. Bu barədə “Kyodo” agentliyi xəbər verir.

Beləliklə, sektanın bütün başçıları barəsində çıxarılmış ölüm hökmü icra edilmişdir.

İyulun 6-da “Aum Sinrikö”nün 7 başçısı, o cümlədən 63 yaşlı Syoko Asaxara edam edilmişdir. Onlar paytaxt Tokioda terror aktı həyata keçirmək üçün istifadə etdikləri zəhərləyici zarin qazının istehsalı ilə məşğul olurdular.

1995-ci il martın 20-də sektaçılar Tokio metrosunda zarini yaymışlar. Nəticədə 13 nəfər həlak olmuş, 6300 adam zərər çəkmişdir.