26 Iyul 2018 03:07
383
Elm və texnika
A- A+

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiqlənib

Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli qərarı ilə “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (AzMKÇ) təsdiq edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, AzMKÇ təhsilin bütün pillələri və səviyyələri üzrə təhsilalanların bilik, bacarıq və səriştələrini müəyyənləşdirən və təsvir edən çərçivə sənədidir. Bu sənəd ölkə daxilində kvalifikasiyaları beynəlxalq təcrübəyə uyğun sistemləşdirir, beynəlxalq mobilliyi və milli kvalifikasiyaların xaricdə tanınmasını asanlaşdırır, ixtisasların və diplomların tanınmasına imkan yaratmaqla Azərbaycan vətəndaşlarının xaricdə təhsilinə və işləməsinə əlverişli şərait yaradır. AzMKÇ əmək bazarı ilə təhsil sistemi arasında əlaqələri gücləndirir, qeyri-formal və informal təhsil vasitəsilə əldə olunmuş səriştələrin tanınması sisteminin yaradılmasını təşviq edir.

Sənədə əlavədə hər bir səviyyənin təsviri, yəni hər bir səviyyə üzrə tələb olunan biliklər, bacarıqlar, müstəqillik və məsuliyyət dairəsi müəyyənləşdirilib.

Sənəddə əsas məqamlardan biri təhsilin keyfiyyətinin təmin olunmasıdır. Bununla əlaqədar kvalifikasiyaların müvafiq dövlət təhsil standartlarına əsaslanması, hər bir təhsil müəssisəsində keyfiyyətin daxili təminatı və qiymətləndirilməsi sisteminin yaradılması təsbit olunub.

AzMKÇ-nin reallaşdırılması müxtəlif sektorları əhatə etdiyindən prosesdə digər dövlət qurumları və özəl sektorun iştirakı nəzərdə tutulub.

AzMKÇ-nin təsdiqlənməsi dövlətimizin başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulub. Təhsil Nazirliyi tərəfindən hazırlanmış sənəd hökumətə təqdim edilənə qədər Dünya Bankı, Avropa İttifaqı və Avropa Təhsil Fondunun mütəxəssisləri ilə hərtərəfli müzakirə olunub və onların rəy və təklifləri nəzərə alınıb. Ümumilikdə isə AzMKÇ “Avropa ali təhsil məkanının Kvalifikasiyalar Çərçivəsi” və “Ömürboyu təlim üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi” sənədlərinin müddəalarına uyğun olaraq hazırlanıb.

AzMKÇ-nin icrasına dəstək məqsədilə Təhsil Nazirliyinin Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində cari ilin fevral ayından etibarən “Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsinin həyata keçirilməsinə dəstək” texniki yardım layihəsinin icrasına başlanılıb. Layihənin həyata keçirilməsində əlaqələndirmə rolunu Təhsil Nazirliyinin Təhsil İnstitutu həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video