Alternative content

23:39 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İsveçrə yığmasına qalib gəlib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İsveçrə yığmasına qalib gəlib
ANA SƏHİFƏ / İDMAN
03:07 26.07.2018

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ikinci heyəti Bakıda hazırlığını davam etdirir.

AZƏRTAC xəbər verir ki, komandamız təlim-məşq toplanışı çərçivəsində Bakıda qonaq olan İsveçrə yığması ilə yoxlama matçları keçirib.

Azərbaycan Voleybol Mərkəzində keçirilən hər iki qarşılaşmada təmsilçimiz 3:1 hesabı ilə qalib gəlib.