26 Iyul 2018 03:07
332
Mədəniyyət
A- A+

ABŞ vətəndaşı hərracda gördüyü xalçanın sorağı ilə Azərbaycana gəlib

Son vaxtlar ölkəmizə gələn turistlərin ziyarət etdiyi ünvanlar sırasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyət göstərdiyi mərkəzi ofis və bölgələrdəki xalça emalatxanaları da vardır. Bu obyektlərdə turistlərə milli dəyərimiz olan Azərbaycan xalçaları barədə geniş məlumatlar verilir. Onlar bəyəndikləri xalçaları alıb öz ölkələrinə aparırlar. Bununla həm iqtisadi cəhətdən gəlir əldə edir, həm də milli mədəniyyətimizin, milli dəyərlərimizin təbliğinə nail oluruq.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan xalçalarının sorağı ilə ölkəmizə gələn xarici ölkə vətəndaşları iyulun 26-da qurumun mərkəzi ofisində müxtəlif xalça emalatxanalarında toxunan xalçalarla tanış olublar. Öz ailəsi, Kanadada, Küveytdə və Livanda yaşayan dostları ilə respublikamıza gələn ABŞ vətəndaşı Vilyam Gennings Azərbaycan xalçalarını məşhur amazon.com saytında və ölkələrində keçirilən hərraclarda görüb.

“Azərxalça”nın filiallarında, xüsusilə İsmayıllıdakı xalça emalatxanasında istehsal olunan məhsullara heyranlıqla baxan qonaqlar orijinallığı və keyfiyyəti ilə seçilən Azərbaycan xalçalarına ölkələrində böyük maraq olduğunu bildiriblər. Vilyam Gennings deyib ki, onların Azərbaycana gəlişinin əsas səbəblərindən biri də Azərbaycan xalçalarını görmək, məhz xalçaçılığın vətənindən bir sənət əsəri almaqdır.

Digər ABŞ vətəndaşı Amnah İbraheem burada gördüyü bir xalçanın onu təəccübləndirdiyini bildirib. O deyib ki, bu xalçanı ABŞ-da keçirilən hərracda görüb, çox bəyənib, ancaq ala bilməyib. Xalçanın oxşarını tapa bilmək arzusu ilə Azərbaycana gəlib. Burada gördüyü isə sanki həmin xalçadır.

Qonağa məlumat verilib ki, “Azərxalça” dünyanın müxtəlif muzeylərində, şəxsi kolleksiyalarda saxlanılan, eləcə də hərraclarda satışa çıxarılan xalçaların çeşniləri əsasında yeni məhsullar istehsal edir. Bu xalça 2016-cı ildə “Grogan” hərracında satılan, XIX əsrin ikinci yarısına aid xalçanın çeşnisi əsasında toxunub.

Amnah İbraheem həmin xalçanın qədimini ala bilməsə də, onun eynisi olan yeni xalça alacağından məmnunluğunu bildirib.

Göründüyü kimi, “Azərxalça”nın onlayn satış saytlarında, dünyanın nüfuzlu jurnallarında, beynəlxalq xalça bazarında apardığı reklam və marketinq işləri öz nəticəsini göstərir. Artıq Azərbaycan xalçalarının sorağı ilə ölkəmizə gələn turistlər də var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video