Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:09 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kənd turizminin inkişafına diqqət artır
Kənd turizminin inkişafına diqqət artır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 26.07.2018

 

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı dövlət başçısının tapşırığına əsasən, turizm sənayesinə də diqqət və qayğı artırılmaqdadır. İqtisadi baxımdan gəlirli sahə olduğundan son illər turizm sahəsində əməli işlər görülür. Bununla bağlı bir sıra dövlət proqramları qəbul edilir və hüquqi sənədlər imzalanır.

Turizmin inkişafı istiqamətində ölkəmizdə aparılan dövlət siyasəti Qax rayonuna da təsirsiz ötüşməyir. Hər il rayonda yeni turizm məkanlarının istifadəyə verilməsini və turistlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsini qeyd etmək olar.
Hazırda Qax rayonunda turistlərə 12 turizm və onlarca ictimai-iaşə obyektləri xidmət göstərir. Bunların arasında mehmanxana, “Şəfa” istirahət və müalicə pansionatı, İlisu pansionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ulu dağ” , “Səngər qala”, “Bergs”, “Kürmük” turizm-istirahət mərkəzləri və “Eden” park hotel, “El Resort” beş ulduzlu hoteli məxsusi yer tutur. Həmin müəssisələrdə birdəfəlik yerlərin sayı isə təxminən mindən çoxdur. Turizm mərkəzlərində olan qiymətlərə gəldikdə isə göstərilən xidmətin keyfiyyəti və məkandan asılı olaraq 27-30-55 və 100 manat aralarında dəyişir.
Rayonu ziyarət edən turistlərin sayında da dinamik artım müşahidə edilməkdədir. 2015-ci ildə rayona 24 min 100 nəfər turist gəlmişdisə, 2016-cı ildə onların sayı 29 min 509 nəfərə çatıb. 2017-ci ilin göstəriciləri isə daha cəlbedicidir. Ümumi say əvvəlki illərlə müqayisədə xeyli artımla 43 min 383 nəfər təşkil edib ki, onlardan da 3259 nəfəri xarici turistlərdir.
Qax ölkəmizin hərtərəfli təbii gözəlliklərə malik bölgələrindəndir. Zəngin fauna və florası ilə seçilən, yeraltı, yerüstü sərvətlərinə, mineral xammal ehtiyatlarına malik Qax rayonu mülayim və saf dağ havası, şəfalı bulaqları, şəlalələri, düzənlik və dağlıq meşələri, bir sözlə, bənzərsiz təbiət mənzərələri ilə diqqəti cəlb edir. Qədim tarixə və mədəniyyətə malik bu məkanın hər guşəsi turistlər üçün əsl istitahət məkanıdır. Rayonun müalicəvi suları, təbii dərman bitkiləri min bir dərdin dərmanıdır. Bura üz tutan əksər xəstələr üçün şəfa mənbəyidir.
Qaxın ərazisində 8 iri çay axır. Gürcüstan Respublikasından gələn tranzit axınlı Qanıx çayı mənbəyini Türkiyədən götürür və rayon ərazisindən 61 kilometr məsafədən keçməklə Mingəçevir su anbarına tökülür. Qalan çayların mənbəyi Böyük Qafqaz sıra dağlarındadır. Bunlar Kürmük, Ləkit, Qapı, Zərnə və Əyri çaylarından ibarətdir.
Rayonun ən uca zirvələri isə Mirana, Partizan, Qəbirliqaş, Yarpızbasan və Qıcalı hesab olunur.
İlisu kəndindəki “Ramrama” şəlaləsinin hündürlüyü 25 metrdir. Ləkit kəndində öz unikallığı ilə seçilən “Damcılı” şəlalə 2006-cı ildən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təbiət abidəsi kimi qeydə alınıb və mühafizə olunur.
Qax kurort resursları cəhətdən zəngin rayonlardan olmasına baxmayaraq, mövcud potensialdan çox cüzi istifadə olunur. Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının salınmasını zəruri edir. İlisu və Sarıbaş kənd ərazilərində olan termal bulaqlardan ta qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunub. Hamam çayı sahilində “Oğlan bulaq, Qız bulaq” və və digər mineral su mənbələri Qaxa qonaq gələn yüzlərlə insana şəfa bəxş edib. Lakin sonradan baxımsızlıq ucbatından həmin bulaqların suyu boş yerə axırdı. Sevindirici haldır ki, bu bulaqların suyu 2010-cu ildə borularla “Ulu dağ” istirahət mərkəzinə gətirilib. Artıq müalicə məqsədilə sudan istifadə üçun uzun yolu getmək lazım gəlmir.
Xəstələr rahatlığı olan və hər cür şərait yaradılmış xüsusi otaqlarda bu sudan istifadə etməyə başlayıblar. Bunlar isə öz növbəsində rayona elmi ekoturların təşkilini zəruri edir. Hesab edilir ki, təbiətin bu möcüzəsinin, müalicəvi suyun elmi cəhətdən tədqiqinə böyük ehtiyac var.
Qax tarixi məkanları ilə də seçilir. Məlumdur ki, turistlərin başlıca maraq dairələrindən biri olduğu olkənin tarixi, məişəti, adət-ənənələri və gəzməli, görməli yerləridir. Bu mənada Qax şanslı sayıla bilər. Rayondakı abidələr tarixilik baxımından ziyarətçilərin marağına səbəb olur. Bunlardan ikisi dünya, 18-i ölkə, 48-i isə yerli əhəmiyyətli olmaqla, 48 memarlıq, 18 arxeoloji, 2 monumental-xatirə abidələri var. Rayonda turistlərin tarixi abidələrə səyahətini təşkil etmək üçün 6 marşrut müəyyənləşdirilib.
Rayonda gedən geniş quruculuq və abadlıq işləri, gəzməli, görməli yerlərin sayının çoxalması turistlərin Qaxa marağını daha da artırıb. Şəhərin mərkəzində yerləşən “Qala qapısı və qala divarları” memarlıq abidəsində aparılan restavrasiya işləri, “İçəri bazar” Turizm Mədəniyyət Mərkəzi buna ən parlaq misaldır. Turizm Mədəniyyət Mərkəzinə gələn hər bir turist rayonun keçmişi, əhalinin yaşam tərzi, adət-ənənələri, məişəti, kulinariyası haqqında müfəssəl məlumat almaq imkanına malikdir.
Açıldığı zamandan başlayaraq mədəniyyət mərkəzində turistlərin, o cümlədən yerli sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlarla mədəni-kütləvi tədbir keçirilib.
Qax rayonu özünəməxsus mətbəxi ilə də turistləri cəlb edir. Ətin qaxac edilməsi (qurudulması) və qaxacdan “sülhüllü”nün bişirilməsi, toyuqlu xəngəl, lobyalı, qozlu aş turistlər tərəfindən sevilən yeməklərdəndir. Bundan əlavə, qoz və fındıqdan hazırlanmış xüsusi şirniyyatlar, müxtəlif meyvə mürəbbələri ən çox istifadə edilən ləzizlərdir.
Rayonda yaşıl kənd, müalicə və istirahət turizmi daha geniş yayılıb. Yuxarıda qeyd etdiyimiz təbii resurslar və lazım olan xammal mənbələrinin mövcudluğu rayonda ekoturizmin inkişafına zəmin yaradır. İlisu Dövlət Təbiət Qoruğunun və onun nəzdində Qax Dövlət Yasaqlığının olması bu sahənin inkişafı üçün böyük imkanlar açır. Turistlər yaşıl kənd turizminə üstünlük verirlər. Onlar kənd evlərində qalmağı çox sevirlər. Yerli əhali ilə ünsiyyət yaradaraq bölgənin adət-ənənələri, yaşam tərzi ilə yaxından tanış olurlar. Sadə kənd evlərində istirahət etmək istəyənlərin sayı ildən-ilə artır. Bu da rayonda yüzlərlə ailənin rifahının yaxşılaşmasına təsir göstərir. Rayonun İlisu, Ağçay, Qaşqaçay, Çinarlı, Qum, Ləkit, Qaxbaş kəndlərində onlarca ailə bu turizm növündən yararlanır. Norveçli turistlər artıq iki ildir ki, Ləkit əhalisi ilə təmasdadırlar.
Kənd evlərində istirahət edən turistlərin istirahətinin səmərəli təşkili də nəzərdən yayınmır. Bu məqsədlə ev sahibləri ilə görüşlər keçirilib, onlarla maarifləndirmə işləri aparılıb, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində təlimatlar verilib və onlara vəzifələri izah edilib. Ev sahiblərinin diqqətinə çatdırılıb ki, məqsəd heç də yalnız gəlir əldə etmək deyil. Bölgə və onun turizm imkanları haqqında turistləri məlumatlandırmaq, lazımi səviyyədə xidmət göstərərək onların diqqətini daha çox regiona cəlb etmək və turistlərə bələdçilik etməyi bacarmaqdır. Bölgənin tarixi, məişəti, mədəniyyəti, sənətkarlığı, kulinariyası barədə turistləri məlumatlandırmaq, onların maraq dairələrinə uyğun istirahətlərini təşkil etmək başlıca vəzifədir. Kənd turizmi həm də ictimai diplomatiyadır. Bu diplomatiyanın qanunauyğun və məqsədyönlü həyata keçirilməsi intellekt və bacarıq tələb edir. Ona görə də kənd turizmi ilə məşğul olan hər bir vətəndaş, həm də turistlərə bələdçilik etməyi bacarmalıdır.
Elmin, texnikanın inkişaf etdiyi, informasiya cəmiyyətinin qurulduğu indiki zamanda turizm sənayesinin inkişafında, təbliğində onların, xüsusilə də internetin rolu danılmazdır. Rayonun elə turizm obyekti yoxdur ki, internet xidməti olmasın. Turistlər çox rahat şəkildə bu xidmətdən yararlanırlar. İstirahət zonalarında yerləşən hər bir kənd sürətli internet xətti ilə təchiz edilib. Bu da kənd turizminin inkişafına kömək göstərən amillərdəndir.
Turizm obyektlərində insanların istirahətlərinin mənalı keçməsinin təşkili məqsədilə ekskursiyalarla yanaşı, konsert proqramları da təşkil edilir. Mövsüm ərzində “Arzu” xalq kollektivi, “Çeşmə” instrumental ansamblı və İ.Dağıstanlı adına Xalq Teatrının kollektivinin turistlər qarşısındakı çıxışları maraqla qarşılanır.
Yay turizm mövsümü davam edir. Qax rayonu bu il də qonaq-qaralıdır.

Əli SƏLİMOV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM