Alternative content

06:38 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Liviya Milli Olimpiya komitələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan və Liviya Milli Olimpiya komitələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
ANA SƏHİFƏ / İDMAN
09:07 25.07.2018

 

İyulun 25-də Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Liviya Milli Olimpiya Komitəsinin baş katibi Xaled Ezankuli ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş ikinci beynəlxalq həmrəylik tennis çempionatı çərçivəsində Bakı Tennis Akademiyasında təşkil olunub.

Tərəflər hər iki ölkənin milli komandaları arasında yoldaşlıq yarışlarının keçirilməsi, qarşılıqlı təlim-məşq toplanışlarının, müxtəlif tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparıblar. Hər iki qurum arasında əməkdaşlıq məsələləri də müzakirə edilib.

Liviya Milli Olimpiya Komitəsinin baş katibi əməkdaşlığın daha ətraflı müzakirəsi məqsədilə Çingiz Hüseynzadəni ölkəsinə dəvət edib.

Görüşün sonunda rəsmi əməkdaşlığı həyata keçirmək üçün anlaşma memorandumunun imzalanması təsdiqlənib. Anlaşma memorandumun imzalanma mərasiminin Liviyada keçiriləcəyi qeyd olunub.