25 Iyul 2018 03:07
3656
Turizm
A- A+

Son altı ayda ölkəmizə 1 milyon 323 mindən çox turist gəlib

Bu ilin 6 ayıda Azərbaycana üz tutan xarici turistlərin sayı 1 milyon 323 min 303 nəfər olub.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə AZƏRTAC-a bildirib ki, ölkəmizə ən çox turist axını Rusiyadan olub ki, onların da sayı 403 min 549 nəfər təşkil edib. Bundan başqa, Gürcüstandan 279 min 102, İrandan 146 min 480, Türkiyədən isə 142 min 476 nəfər turist ölkəmizə səfər edib. Digər yerləri BƏƏ, Ukrayna, İraq, Qazaxıstan, Küveyt, Birləşmiş Krallıq, İsrail, Hindistan, Pakistan, Türkmənistan, Qətər və başqa ölkələr bölüşür.

K. Nağıyev əlavə edib ki, ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi üçün bir neçə istiqamət üzrə tədbirlər görülür. Bildirib ki, Bakının kommunikasiya və marketing planı hazırlanır və turizm brendi formalaşdırılır. Paytaxtın marketinq strategiyası üzrə də işlər görülür. Xüsusən paytaxtda biznes strukturları ilə əlaqələr daha da genişləndirilir. Hazırda turizm sektorunda bir neçə istiqamət üzrə bazarlar öyrənilir: “Eko və aqro turizmin inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Bundan başqa, bələdçilərin, otel işçilərinin, turizm menecerlərin sayının artırılması nəzərdə tutulub”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video