Alternative content

12:57 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
ANA SƏHİFƏ / Mədəniyyət
02:07 25.07.2018

İyulun 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” adlı fərdi jurnalist yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, müsabiqəni Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) birgə təşkil edib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev müsabiqənin əhəmiyyətindən danışıb. Müsabiqədə demək olar ki, bütün mətbu orqanların əməkdaşlarının fəal iştirak etdiyini söyləyən Ə.Qarayev bildirib ki, yazılarda mövzuya fərqli yanaşmalar özünü göstərib.

KİVDF-nın icraçı direktoru Vüqar Səfərli müsabiqə haqqında məlumat verib. Deyib ki, ümumilikdə müsabiqəyə 31 mətbu orqanından 44 yazı təqdim olunub. Birinci yer üçün 1, ikinci yer üçün 2, üçüncü yer üçünsə 3 və həvəsləndirici mükafat üçün 6 qalibin mükafatlandırılması nəzərdə tutulub. Münsiflər heyətinin yekdil rəyinə əsasən müsabiqənin qalibləri təsdiq edilib. Belə ki, qaliblərə müvafiq olaraq 1000 manat (I yer), 800 manat (II yer) 600 manat (III yer) və 300 manat (həvəsləndirici) pul mükafatı təqdim ediləcək.

Sonra qaliblər mükafatlandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM