Alternative content

19:38 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan enerji sahəsində təcrübəsini Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazırdır
Azərbaycan enerji sahəsində təcrübəsini Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazırdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
10:07 25.07.2018

Azərbaycan enerji sahəsində təcrübəsini Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazırdır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazovla Afrika İttifaqı Komissiyasının infrastruktur, enerji, İKT və turizm üzrə komissarı xanım Amani Abu-Zeydin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Təmsil etdiyi qurumun enerji sahəsində prioritetlərini açıqlayan komissar Afrika İttifaqı ölkələrində sənayeləşmənin inkişafında enerji ilə tam əhatə olunmanın vacibliyini qeyd edib. Bu məqsədlə Amani Abu-Zeyd Azərbaycanın enerji sektorunun bütün istiqamətləri üzrə əldə etdiyi təcrübə və əməkdaşlıq perspektivləri ilə maraqlanıb.

Pərviz Şahbazov Azərbaycanın neft-qaz ölkəsi kimi keçdiyi yola diqqət yönəldərək, enerji sektorunun ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələrdən danışıb. Beynəlxalq neft-qaz şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan əməkdaşlığın karbohidrogen resurslarının işlənməsi və qərb bazarlarına çıxarılması, qlobal enerji layihələrinin həyata keçirilməsində rolundan bəhs edib. Elektrik enerjisi sektorunda aparılan islahatlar, bərpaolunan enerji mənbələrindən istifadə istiqamətində planlaşdırılan tədbirlər, eləcə də ölkənin qazlaşdırılması və elektrik enerjisi ilə təchizatı ilə bağlı məlumatlar qonağın diqqətinə çatdırılıb. Gürcüstan, Türkiyə kimi ölkələrdə həyata keçirilən layihələr, qoyulan sərmayələr, eləcə də Balkan ölkələrinin qazlaşdırılması çərçivəsində nəzərdə tutulan tədbirlər barədə də məlumat verən nazir Azərbaycanın enerji sahəsində təcrübəsini Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə, eyni zamanda, Afrikanın enerji tələbatının ödənilməsi üçün görülməli olan tədbirlər, xüsusilə də enerji resurslarına çıxış üçün regionda sülh, siyasi və iqtisadi sabitliyin təmin edilməsinin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.