25 Iyul 2018 10:07
329
Mədəniyyət
A- A+

Mədəniyyət naziri ölkəmizdə səfərdə olan fransalı jurnalist, yazıçı Jerar Kardonla görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan fransalı jurnalist, yazıçı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardonla görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonağı səmimiyyətlə salamlayan Əbülfəs Qarayev bu səfərin Azərbaycan haqqında, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı barədə onda daha dolğun təəssürat yaradacağına ümidvar olduğunu deyib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və 10 illiyi qeyd olunacaq mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”, respublikamızdakı multikultural mühitdən danışaraq nazir ölkəmizin beynəlxalq arenada mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa verdiyi töhfələri qeyd edib. Həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, UNESCO, ISESCO və digər beynəlxalq təşkilatlarla birgə gerçəkləşdirilən layihələr haqqında söz açılıb.

Fransalı qonaq səmimi qəbula görə təşəkkür edərək öz fəaliyyəti haqqında məlumat verib, Beynəlxalq Reyn Dərnəyinin həyata keçirdiyi tədbirlərdən danışıb. Həyatının çox hissəsini bədii yaradıcılığa həsr etdiyini deyən Jerar Kardon bildirib ki, əsasən ətraf-mühit, gənclər, qadın hüquqları və digər məsələlər barədə 40-dək kitabın müəllifidir.

Qeyd olunub ki, bu ilin noyabrın 1-dən 30-dək Fransanın Strasburq şəhərində Azərbaycan qadınlarına həsr olunacaq sərginin keçirilməsi nəzərdə tutulur. Qonaq, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, ölkəmizdəki multikultural dəyərlər və tolerantlıq mühitindən, eləcə də etnik, dini dözümlülükdən bəhs edən məqalələr yazdığını nəzərə çatdırıb.

Ötən il fransalı nümayəndələrlə cəbhə bölgəsində, o cümlədən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olduğunu xatırladan qonaq mülki əhaliyə qarşı silah işlədilməsini hər zaman pislədiyini, bunun beynəlxalq hüquq normalarına və konvensiyalara zidd olduğunu deyib.

Nazir görüşün sonunda Jerar Kardona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Strasburq şəhərində fəaliyyət göstərən Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardon Elzas Universitetində mühazirələr oxuyur, Fransanın bir çox ali dövlət mükafatlarına layiq görülüb. Onun humanitar məsələlər, dünyada qadın hüquqları, habelə münaqişələrə dair onlarla əsəri dünyanın müxtəlif dillərinə tərcümə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video