Alternative content

12:33 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV FIFA ilin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin adlarını açıqlayıb
FIFA ilin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin adlarını açıqlayıb
ANA SƏHİFƏ / İDMAN
10:07 25.07.2018

FIFA ilin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin adlarını açıqlayıb.

AZƏRTAC FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 10 oyunçunun adının daxil edildiyi siyahıda braziliyalı Neymarın adı olmayıb. Bunlar Kriştianu Ronaldu (“Yuventus” İtaliya), Kevin De Brüyne (“Mançester Siti”, İngiltərə), Antuan Qrizman (“Atletiko”, İspaniya), Eden Hazard (“Çelsi”, İngiltərə), Harri Keyn (“Tottenhem”, İngiltərə), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (“Barselona”, İspaniya), Luka Modriç (“Real Madrid”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Rafael Varandır (“Real Madrid”).

Məşqçilərin siyahısında isə 11 nəfərin adı yer alıb. Bunlar italiyalı Massimiliano Alleqri (“Yuventus”, İtaliya), xorvatiyalı Zlatko Daliç (Xorvatiya milli komandası), fransalı Didye Deşam (Fransa milli komandası), ispaniyalı Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə), almaniyalı Yurgen Klopp (“Liverpul”, İngiltərə), ispaniyalı Roberto Martines (Belçika milli komandası), argentinalı Dieqo Simeone (“Atletiko”, İspaniya), ingiltərəli Qaret Sautqeyt, (İngiltərə milli komandası), ispaniyalı Ernesto Valverde (“Barselona”, İspaniya), rusiyalı Stanislav Çerçesov (Rusiya milli komandası) və fransalı Zinəddin Zidandır (“Real Madrid”in sabiq baş məşqçisi, İspaniya).

Qaliblərə mükafatlar sentyabrın 24-də Londonda təqdim olunacaq.