Alternative content

21:49 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bərəkətli olsun!
Bərəkətli olsun!
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 25.07.2018

 

Aqrar sektora dövlət dəstəyinin artması, ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi Saatlı rayonunun sakinlərinin də ürəyindən xəbər verib. Elə bunun nəticəsidir ki, indi onlar zəmilərə, tarlalara daha böyük həvəslə çıxır, bol məhsul yetişdirirlər.

İsti yay günlərində rayonun Heydərabad kəndinin sakinləri də əllərindən gələni əsirgəmir, zəhmətlə əkib-becərdikləri, məhsulu aşıb-daşan zəmiləri nəzər-diqqətdən kənarda qoymurlar. Rayonun Heydərabad kəndində Şahin Zeynalova məxsus sahədə buğda zəmisinin biçilməsi də sürətlə və itkisiz aparılıb.

Pambıqçılar da tarlalardan bol məhsul götürmək əzmi ilə çalışır, becərməni yüksək səviyyədə aparırlar. Mexanizator Eldəniz Gülüşov yığımın mütəşəkkil keçəcəyinə əmindir. Bir sözlə, kənd əməkçiləri çəkdikləri zəhmətin bəhrəsini görüb fərəhlənirlər. Bərəkətli olsun!

 

“Azərbaycan”

Foto Ağaəli MƏMMƏDOVUNDUR