Alternative content

18:43 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib
TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 25.07.2018

 

Energetika naziri Pərviz Şahbazov deyib ki, “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP layihələri uğurla reallaşdırılıb və TAP boru kəməri üzrə işlərin 75 faizi icra olunub.

Nazirin sözlərinə görə, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tikintisinin nəzərdə tutulan vaxtda başa çatdırılması ilə “Cənub qaz dəhlizi” layihəsinin iştirakçısı və “Şahdəniz-2” qazının alıcısı Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi və tranzit rolu təmin ediləcək.

Qeyd edək ki, “Cənub qaz dəhlizi” və Azərbaycan qazı Bolqarıstan üçün mühüm əhəmiyyətə malikdir. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun vaxtında istismara hazır olacağı nəzərdə tutulur. Azərbaycan təbii qazı Bolqarıstanın qaza olan tələbatının 40 faizini təmin edəcək və dekarbonizasiyaya öz töhfəsini verəcək.