Alternative content

02:14 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Son 15 ildə Azərbaycanda həyata keçirilən 33 qlobal islahatlardan 5-i vergilərin ödənilməsinə aiddir
Son 15 ildə Azərbaycanda həyata keçirilən 33 qlobal islahatlardan 5-i vergilərin ödənilməsinə aiddir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 25.07.2018

 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qlobal innovasiyalar indeksi - 2018” hesabatında Azərbaycan bir sıra göstəricilər üzrə yüksək mövqeyini qoruyub.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, Azərbaycanda son 15 ildə 33 qlobal islahat həyata keçirilib: bunlardan 7-si biznesə başlama, 6-sı kreditin əldə olunması, 5-i isə vergilərin ödənilməsi sahəsinə aiddir.    

2018-ci ilə aid hesabat özündə müxtəlif çağırışları əhatə edir ki, bunlar da enerji resurslarının diversifikasiyası, innovativ enerji resurslarına keçid, enerji resurslarından səmərəli istifadə üçün yüksək texnologiyaların rolu və alternativ enerji mənbələrindən ibarətdir.

Hesabatda son illər biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatların nəticələri ölkəmizin irəliləməsinə təsir göstərib. Azərbaycan “Biznes mühiti” indikatoru üzrə 38-ci, “Biznesə daha asan başlama” alt indikatoru üzrə isə 15-ci yerdə qərarlaşıb. Qlobal R&D şirkətləri üzrə Azərbaycan dünya ölkələri arasında 40-cı, elektron hökumət xidmətləri üzrə isə 126 ölkə arasında 47-ci yeri tutur. Ən yaxşı nəticə isə (26-cı yer) “Bazarın inkişafı” indikatoru üzrə əldə edilib.