Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:38 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqtisadi inkişafda qeyri-neft sektorunun payı artır
İqtisadi inkişafda qeyri-neft sektorunun payı artır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 25.07.2018

 

6 ayda qeyri-neft sənaye məhsullarının istehsalı üzrə 8,8 faiz artım qeydə alınmışdır

 

Dövlət Statistika Komitəsi cari ilin 6 ayı üzrə ölkənin iqtisadi və sosial inkişafını əks etdirən makroiqtisadi göstəriciləri açıqlayıb. Hesabatdan məlum olur ki, yanvar-iyun aylarında ölkə üzrə 37 milyard 9,1 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövründəkindən 1,3 faiz çoxdur. İlk yarımillikdə ÜDM istehsalı iqtisadiyyatın qeyri-neft sektorunda 2, neft sektorunda isə 0,1 faiz artmışdır.
Hesabatda bildirilir ki, 6 ay ərzində istehsal olunmuş əlavə dəyərin 47,3 faizi sənaye, 9,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi tikinti, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə, 13,2 faizi digər sahələrin payına düşmüşdür. Bu dövrdə məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 3777,6 manata bərabər olmuşdur.
Yanvar-iyun aylarında ölkədə 23,8 milyard manatlıq (keçən ilin eyni dövründəkindən 1 faiz çox) sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8 faiz artmış, neft sektorunda 0,2 faiz azalmışdır. Məhsulların 72 faizi mədənçıxarma, 23,4 faizi emal, 4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatında 0,9 faiz artım, əmtəəlik qaz hasilatında 4,9 faiz azalma qeydə alınmışdır.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 16,6, tütün məmulatları istehsalı 3,4, poliqrafiya məhsulları istehsalı 2,7, mebel istehsalı 2 dəfə, elektrik avadanlıqları istehsalı 84,1, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 56,9, toxuculuq sənayesi məhsulları istehsalı 64,1, tikinti materialları istehsalı 34, metallurgiya sənayesi məhsulları istehsalı 15, geyim istehsalı 10,3, əczaçılıq məhsulları istehsalı 0,3, kimya sənayesi məhsulları istehsalı 0,4, içki istehsalı 5,6 faiz artmışdır. Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında müşahidə olunmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk yarısında əsas kapitala 6 milyard 331,7 milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 72 faizi məhsul istehsalı və 20,7 faizi xidmət obyektlərinin, 7,3 faizi ümumi sahəsi 946,4 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 54,3 faizi daxili sərmayələr olan bu vəsaitlərin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Xarici sərmayəyə gəldikdə, hesabat dövründə onların həcmi 2 milyard 892,6 milyon manata çatmışdır. Bu vəsaitin 79,4 faizi Böyük Britaniya, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, Rusiya və İran kimi ölkələrə məxsusdur. Hesabatda həmçinin bildirilir ki, yanvar-iyun aylarında qeyri-neft sektorunun inkişafına 2 milyard 826,7 milyon manat vəsait sərf olunmuşdur. Həmin vəsaitin 11,7 faizindən (739,7 milyon manatından) qeyri-neft sənayesi sektorunda istifadə edilmişdir.
Bütün bu vəsaitlər hesabına ilin əvvəlindən ötən 6 ay ərzində ölkə ərazisində çoxsaylı və müxtəlif təyinatlı müəssisə və obyektlər tikilib istifadəyə verilmişdir. Onların sırasında paytaxtda “Yasamal-1”, “Qobu” və 120 saylı elektrik yarımstansiyaları, Bakı şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospital, Bakı Beynəlxalq Ticarət Limanı Kompleksi, “Dinamo” hoteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Naxçıvan MR-də 922 şagirdlik 3 ümumtəhsil məktəb binası, ambulator-poliklinika, Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə, Naftalanda Mərkəzi Xəstəxana, Goranboyda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, “Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, Xaçmazda “Azərxalça” ASC-nin filialı kimi vacib obyektlər var.
Ölkənin ümumi inkişafı nəqliyyat, informasiya və rabitə sektorlarına da təsir göstərib. Hesabat dövründə ölkə üzrə 110,2 milyon ton yük və 952,6 milyon sərnişin daşınmışdır ki, bu da ötən ilin eyni dövründəkindən müvafiq olaraq 1 və 1,5 faiz çoxdur. İnformasiya və rabitə müəssisələri bu dövrdə 865,9 milyon manatlıq xidmətlər göstərmişdir. Keçən ilin müvafiq aylarına nisbətən dəyər ifadəsində 4,9 faiz artan həmin xidmətlərin 72,2 faizindən əhali istifadə etmişdir. Diqqətçəkən bir fakt da bu sahədə əldə edilmiş gəlirin 80,9 faizinin qeyri-dövlət sektorunun payına düşməsidir.
Artım həmçinin pərakəndə ticarət dövriyyəsində qeydə alınmışdır. Belə ki, sözügedən dövrdə ölkədəki pərakəndə ticarət şəbəkəsindən əhaliyə 17 milyard 145,9 milyon manatlıq məhsul satılmış, 3 milyard 906,25 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən həm əmtəə dövriyyəsi, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə edilən gəlir 2,5 faiz artmışdır.
Sözsüz ki, artımda əhalinin gəlirlərinin çoxalması da müəyyən rol oynamışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-may aylarında muzdla işləyənlərin nominal əməkhaqqı 4 faiz artaraq 541 manata çatmışdır. Ümumilikdə əhalinin gəlirləri 6 ay ərzində nominal ifadədə 9,3 faiz çoxalaraq 25 milyard 705,2 milyon manat olmuşdur.
İnflyasiyaya gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 3, o cümlədən ərzaq 3, qeyri-ərzaq 3,8, ödənişli xidmətlərin tarifləri 2,4 faiz bahalaşmışdır.
Bir neçə fakt da Azərbaycanın xarici ticarət əlaqələri barədə: gömrük orqanlarına qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 12 milyard 68,6 milyon dollar olmuşdur. Ticarət dövriyyəsinin 68,1 faizini ixrac, 31,9 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 4 milyard 358 milyon dollarlıqdan çox müsbət saldo deməkdir. Ötən ilin 5 ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,4, real ifadədə 3,1, o cümlədən ixrac 2,8, idxal 3,8 faiz artmışdır. Qeyri-neft məhsullarının ixracında da artım kifayət qədər yüksək olmuşdur - faktiki qiymətlərlə 20,1, real ifadədə 8,6 faiz.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM