Alternative content

13:01 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “OMV” gələn il neftin qiymətinin 70-80 dollar olacağını proqnozlaşdırır
“OMV” gələn il neftin qiymətinin 70-80 dollar olacağını proqnozlaşdırır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 25.07.2018

 

Avstriyanın “OMV” neft-qaz şirkəti neftin bir barelinin qiymətinin 2019-cu ildə 70-80 dollar olacağını nəzərdə tutur. AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Rainer Seele deyib.

O bildirib ki, son illər hasilata böyük sərmayə qoyulub. Hazırda bazarda neftin kifayət etməyəcəyi təhlükəsi də var. Eyni zamanda bu sahədə sərmayələrin əhəmiyyətli artımı gözlənilir: “Neft-kimya sektoru bazarda investorların xüsusi diqqətini cəlb edir. Bu neft məhsullarına tələbat uzun müddət ərzində azalacaq. Aydındır ki, zavodlar daha çox istehsal edə biləcəkləri və sata biləcəkləri məhsullara diqqəti yönəldəcəklər”.

Şirkət rəhbəri həmçinin “OMV”nin İran üzrə fəaliyyətinə də toxunub. Belə ki, yaxınlaşan ABŞ sanksiyaları ilə əlaqədar şirkət neft emalı zavodları üçün İrandan əlavə neft alışı barədə qərar qəbul edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM