Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:10 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tənəklər bara dolur
Tənəklər bara dolur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 25.07.2018

 

Son illər aparılan quruculuq işləri sayəsində Şabran rayonunun da siması tamamilə dəyişib. Fəaliyyətə başlayan yeni müəssisələr, çəkilən yollar  nəticəsində rayonun ucqar dağ kəndlərini də abad, yaraşıqlı edib. Kənd təsərrüfatı sahəsində qazanılan nailiyyətlər ürəkaçandır.

İndi rayonun aqrar sektorunda üzümçülük xüsusi yer tutur. Ötən əsrin 70-ci illərində rayonda xeyli üzüm bağı salınmışdı. Bara düşəndən sonra həmin bağlardan 100 tonlarla üzüm yığılırdı. Lakin sonradan bu rayonda da üzümlüklər məhv edildi. İş o yerə çatdı ki, sakinlər süfrə üzümü almaq üçün qonşu rayonlara üz tutmalı oldular.    

Son illər bu sahə yenidən bərpa edilib. Üzümçülüyün inkişafına dair Dövlət Proqramı (2012-2020-ci illər) bu sahəni kənd təsərrüfatının prioritet sahəsinə çevirib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, əgər 2008-ci ildə rayonda cəmi 30 hektar üzüm bağı qalmışdısa, indi 384 hektardan çoxdur.

“Təbrizi”, “Şəfrani” texniki növləri Şabranda ən çox becərilən sortlardır. Rayonda  üzümlə məşğul olan ixtisaslaşmış iki təsərrüfat fəaliyyət göstərir. Ağbaş kəndində 122 hektarda yeni üzüm sortları yetişdirilir. Gəndob qəsəbəsində 125 hektar üzüm bağı vardır. Yaxın gələcəkdə üzüm plantasiyalarının sahəsini genişləndirmək nəzərdə tutulub. Ağbaş, Aygünlü, Dəvəçi, Gəndob kəndlərində yeni təsərrüfatlar yaradılacaq.

İndi tənəklər bara dolur. Bu isə o deməkdir ki, çəkilən zəhmət hədər getmir və yenə Şabran üzümü süfrələrin bəzəyinə çevriləcək.

 

Akif İSMAYILOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM