25 Iyul 2018 12:07
422
Mədəniyyət
A- A+

Sevgi və təbiət rəsm əsərlərində

 

YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında sərgi davam edir

 

“YARAT” Müasir İncəsənət Mərkəzi maraqlı bir sərgi ilə tamaşaçıların diqqətini olduca vacib mövzulara yönəldə bilib. Mərkəzin təşkilatçılığı ilə iyulun 18-də start verilən və avqustun 12-dək ziyarətçilər üçün açıq olacaq “Azar. Sevgi. Təbiət” adlı sərgidə “YARAT”ın rezidentləri Ozan Atalan (Türkiyə), İlkin Hüseynov və Ehtiram Jabinin (Azərbaycan) əsərləri nümayiş olunur.

“Artım” layihə məkanında sərgilənən əsərlər rəssamların süniliyə göstərdiyi marağı əks etdirir. “YARAT” rezidentləri bu dəfə bizim “həqiqi” və “süni” kimi qəbul etdiyimiz bir sıra anlayışların, eləcə də bütövlükdə ikili (binar) ayrılığın sevgi, xəstəlik və təbiət mövzuları vasitəsilə məqsədəuyğunluğunu araşdırırlar.

Əsasən müasir Azərbaycanın prioritet sosial problemlərindən bəhs edən əsərlər üzərində işləyən İlkin Hüseynov “Toyxana” adlı əsərində Azərbaycan mədəniyyəti və ənənələrinin ən diqqətçəkən mövzusu olan toyu multimedia layihəsində əks etdirib. Müəllif xalqımızın gözəl adət-ənənələrinin təzahürü olan bu mərasimin artıq öz əndazəsindən çıxarıldığını nəzərə çarpdırır. Bir vaxtlar yalnız sayılıb-seçilən qonaqların, yaxınların dəvət olunduğu ənənəvi mərasim artıq əvvəlki qədər sadə, yığcam deyil və o zamanlardakı kimi xoş təsir bağışlamır. Rəssam israfçılığa yol verildiyi, hədsiz dərəcədə təmtəraqlı şouya çevrildiyi, nəticədə xoşbəxt ailənin təməli qoyulan toyun sevinc gətirmək əvəzinə, insanları külli miqdarda ziyana, borca saldığını araşdırır. Əsərdə şadlıq evlərinin arxitekturası, bahalı maşınlar, geyimlər və toy aksesuarlarını əks etdirən fotoşəkillər, toy statistikasının rəqəmləri, qida qalıqlarından ibarət instalyasiya daxildir.

Rəssam Ehtiram Jabinin sərgilənən “Koma” adlı əsərlər silsiləsində əks edilən obyektlər və situasiyalar gündəlik həyatdan götürülsə də, onlar fərdiləşdirilir. Müəllif bildirir: “Hiss edirəm ki, mənə ayrılan vaxtın yarısını bitirmişəm və yaşadığım bu müddəti havasız, işıqsız, rəngsiz bir mühitdə keçirmişəm. Hər zaman məni nələrsə boğub. Hər zaman fərqli bir şeylər etmək istəyərkən dayanmışam. Hər zaman başqa yerlərdə olmaq, qaçmaq istəmişəm. Hər zaman məni nələrsə saxlayır”.

Sərgidə təqdim olunan Ozan Atalanın “Hiss olunan reallıq” adlı instalyasiyası bu gün sürətlə dəyişən dünyamızda informasiya yükünün dərk edilməsi ilə bağlı nəzəriyyələri sual altında qoyur. Rəssam çağdaş dünyanın həm insan transformasiyalarına, həm də təbii transformasiyalara məruz qaldığını vurğulayır. O deyir: “Azərbaycanın tarixini və coğrafiyasını, Bakıda baş verən şəhər dəyişikliklərini nəzərə alaraq mənim əsərlərim təbiətə hörmət prinsipinə söykənən mədəniyyətin formalaşmasının mümkünlüyünü, təbiət və mədəniyyət arasında mədəni qurulmuş dualizmin qəbulunu sual altına qoyan təbii və mədəni vəhdətlərin birgə, lakin müstəqil şəkildə mövcudluğunu təklif edir”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video