Alternative content

16:37 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan idmançısı stolüstü tennis üzrə Avropa çempionu olub
Azərbaycan idmançısı stolüstü tennis üzrə Avropa çempionu olub
ANA SƏHİFƏ / İDMAN
10:07 24.07.2018

Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, 44 ölkədən idmançıların iştirak etdikləri çempionatda Azərbaycan millisinin üzvü Ning Jing şəxsi oyunlarda bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.

Beləliklə, idmançımız ikinci dəfə gənclər arasında Avropa çempionu titulunu qoruyub.