Alternative content

15:18 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mövlud Çavuşoğlu: Türkiyə İrana qarşı sanksiyaların iştirakçısı olmayacaq
Mövlud Çavuşoğlu: Türkiyə İrana qarşı sanksiyaların iştirakçısı olmayacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
04:07 24.07.2018

Türkiyə neftə dair İrana tətbiq ediləcək sanksiyaların iştirakçısı olmayacaq.

AZƏRTAC Türkiyə KİV-lərə istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir ABŞ-ın İrana qarşı sanksiyalarında Türkiyənin iştirakçı olmayacağını söyləyib: “ABŞ-dan nümayəndə heyəti gəldi. Biz bu sanksiyaların iştirakçısı olmayacağımızı onlara söylədik. Biz neft alırıq. Həm də münasib şərtlərdə alırıq. Siz uzaqdan danışırsınız amma biz bunlara əməl etməyəcəyik. Türkiyə bu sanksiyalara əməl etməyəcəyini izah edərkən, prinsipcə də ABŞ-ın İrana qarşı sanksiyalarını düzgün hesab etmədiyini bildirir. İranla bağlı hər hansı bir ölkənin sanksiyalarına riayət məcburiyyətində deyilik”.

Xatırladaq ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdəikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək.