Alternative content

05:54 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məqsəd aydın olanda...
Məqsəd aydın olanda...
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 24.07.2018

 

Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərə çatmaq üçün görülən tədbirlər davam edir

 

Məlum olduğu kimi, Azərbaycan neft gəlirlərinin düzgün idarə edilməsi hesabına sosial və iqtisadi infrastrukturun qurulması, yüksək yığım və nisbətən kiçik xarici borc, yoxsulluğun azaldılması, özəl sektorun ÜDM-də payının yüksək həddə çatdırılması və biznes mühitinin yaxşılaşdırılması sahəsində bir çox uğurlara imza atmışdır.

Ölkəmiz həmçinin Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflərə nail olmuş və Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur.

Bütün bu uğurlara baxmayaraq, təxminən ilyarım əvvəl qəbul edilmiş Strateji Yol Xəritəsi çərçivəsində səmərəli idarəetmə əsasında makroiqtisadi sabitlik və tarazlaşdırılmış regional inkişaf daha sürətlə təmin olunur, iqtisadiyyatın strukturu müasir dövrün tələblərinə uyğun təkmilləşdirilir, məşğulluq problemi həll edilir, biznes mühiti daha da yaxşılaşır və bu hesaba iqtisadi inkişafda özəl sektorun xüsusi çəkisi artır. Eyni zamanda Azərbaycanda dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin olunması üçün səmərəli milli icra mexanizmi yaradılır. Bir sözlə, milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində əksini tapmış dörd əsas strateji məqsədə çatmaq üçün bütün zəruri işlər görülür.

Bəs, konkret olaraq bu strateji məqsədlər hansılardır?

Strateji Yol Xəritəsində bildirilir ki, hazırkı qlobal mühit və neft qiymətlərinin dəyişkənliyi maliyyə dayanıqlığının gücləndirilməsini, təbii ehtiyatlardan əldə edilən gəlirlərdən səmərəli istifadəni və ciddi makroiqtisadi çərçivəsinin qəbulunu obyektiv zərurətə çevirir. İqtisadi inkişaf istiqamətində görülən tədbirlər sayəsində dövlət öz məqsədlərini gerçəkləşdirmək üçün fiskal və monetar siyasətin daha rasional uzlaşdırılmasına çalışır. Azərbaycanın güclü fiskal dayanıqlıq və monetar siyasəti ilə bağlı görülməli olan tədbirlər “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin birinci hədəfində verilmişdir: “Bu baxımdan fiskal siyasət üçün çərçivənin təmin və təbii ehtiyatlardan əldə olunan gəlirlərə kifayət qədər qənaət edilməsi üçün görülən tədbirlərlə yanaşı, Azərbaycanın təbii ehtiyatlarının düzgün idarə olunması məsələsi də nəzərdən keçirilir. Təklif edilən əsas institutlar bunlardır: neft gəlirlərindən rasional istifadə edilməsi üçün “qızıl qayda” yanaşması və dövlət borcunun idarə olunması üçün zəruri fiskal çərçivə. Bu kontekstdə ortamüddətli xərclər çərçivəsinin daha da gücləndirilməsi, güclü büdcə idarəçiliyi və onun nəticə əsaslı büdcə təşkilinə uyğunlaşdırılması dövlət xərclərinin səmərəliyinin təmin edilməsi və neft gəlirlərinin dəyişkənliyinin azaldılması üçün görülən tədbirlərin davamı olmalıdır. Birinci məqsəd ciddi fiskal çərçivə ilə yanaşı, həm də monetar çərçivə ilə bağlıdır”.

Strateji Yol Xəritəsində qeyd olunduğu kimi, ciddi monetar siyasət çərçivəsi və məqsədlərinin səmərəli icrası makroiqtisadi mühitin mühüm tərkib hissəsidir. Bu baxımdan monetar siyasətin fiskal siyasətlə koordinasiyada həyata keçirilməsi, iqtisadiyyatdakı dəyişiklikləri əks etdirmək üçün monetar amillərdə tələb olunan düzəlişlərin qiymətləndirilməsi iqtisadi potensialın daha da gücləndirilməsi üçün zəruridir. İqtisadi potensialın daha da gücləndirilməsi üçün isə, sənədə görə,  monetar və fiskal çərçivələrin qarşılıqlı əlaqəsi ilə yanaşı, digər strateji məqsəd özəlləşdirmə və dövlət müəssisələrində islahatlarla bağlıdır. Sənəddə dövlət səhmdarlığı yanaşmasının qəbulu və dövlət müəssisələrinin islahat proqramının həyata keçirilməsi nəticəsində dövlət sektorunun iqtisadiyyatdakı səmərəliyinin yaxşılaşdırılması ilə bağlı müddəalar da verilmişdir. Strateji Yol Xəritəsi ölkədə özəl sektorun fəallığını yüksəltmək üçün həyata keçirilən mövcud təşəbbüsləri dəstəkləmək, dövlət müəssisələrinin səmərəliyini artırmaq və biznes mühitini yaxşılaşdırmaqla birbaşa xarici investisiyaların cəlbini stimullaşdırmaq məqsədi daşıyır və bu sahədə atılacaq addımlar ikinci hədəfdə əksini tapmışdır.

Sənəddə üçüncü məqsəd kimi rəqabətli, inklüziv və dayanıqlı iqtisadi məqsədlərə nail olmaq üçün göstərilən səylərin tərkib hissəsi olan insan kapitalının inkişafının daha da sürətləndirilməsi hesab edilir: “Həmin məqsədlə həyata keçiriləcək təşəbbüslər əsaslandırılır və tədbirlər bu istiqamətlərə uyğun planlaşdırılır: təhsilin insan kapitalına töhfəsi, müəssisələrin işinin daha səmərəli olmasına kömək üçün əmək məhsuldarlığının yaxşılaşdırılması”.

Strateji Yol Xəritəsinə görə, dördüncü məqsəd biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlıdır. Fiskal və monetar siyasət nəticəsində iqtisadiyyata veriləcək təkanlar əlverişli biznes mühiti şəraitində mövcud resurslardan daha səmərəli istifadəyə imkan yarada bilər.

 

Raqif MƏMMƏDOV,

“Azərbaycan”