Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

09:00 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazax yenə öndədir
Qazax yenə öndədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 24.07.2018

 

Azərbaycanın qərb qapısı sayılan Qazax rayonunun siması son illər başdan-başa dəyişmişdir. Aparılan abadlıq və yenidənqurma işləri, çəkilən yeni yollar, salınan park və xiyabanlar, eləcə də qaz, su, enerji təchizatı sahəsində görülən yenidənqurma işləri əhali tərəfindən razılıqla qarşılanır. Xüsusilə, dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon rəhbərliyinin tez-tez kənd və qəsəbələrdə, eləcə də sərhəd kəndlərində əhali ilə görüşməsi, onların arzu və təkliflərini dinləməsi, qaldırılan məsələlərin qısa vaxt ərzində öz həllini tapması insanlar arasında ruh yüksəkliyi yaradır. 

İndi Qazaxda hara baxsan yenidənqurma işlərinin şahidi olarsan. Hazırda rayonun bir neçə kəndində yeni məktəb və uşaq bağçası inşa edilir. Mərkəzi rayon xəstəxanası üçün inşa edilən yeni binanın tikintisi başa çatmaq üzrədir. Rayonun kəndlərində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni istehsalat sahələri yaradırılır. İkinci Şıxlı kəndində tikintisi sürətlə aparılan “İnvest GROUP” MMC-də, Xanlıqlar kəndi ərazisində inşa edilən elektrod və illik gücü 50 min ton olan əhəng zavodlarında, “Mətanət-A” şirkəti tərəfindən Daş Salahlı kəndində inşa ediən müəssisədə son tamamlama işləri görülür.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla söhbətimiz də elə bu barədə oldu. RİH başçısı son altı ayda görülən işlərdən, yarımçıq qalan işlərin başa çatdırılması üçün görüləsi tədbirlərdən, rayon mərkəzində aparılan yenidənqurma işlərindən, ən ucqar yaşayış məntəqələrində həlli vacib məsələlərdən danışdı, aqrar sahənin inkişafı istiqamətində, qazanılan uğurlardan söz açdı. Dedi ki, Qazax rayonu Ermənistanla 168 kilometr həmsərhəddir. Ona görə bizim işimiz ikiqat çoxdur. Gərək həm sərhəd kəndlərini nəzarətdə saxlayaq, həm də onların problemlərini vaxtında həll edək. Elə bunun nəticəsidir ki, uzun illər düşmən atəşinə məruz qalan kəndlərimizin sakinləri öz ata-baba ocaqlarını tərk etməyiblər. Dövlət başçısının həyata keçirdiyi tədbirlər sayəsində sərhəd kəndlərimizdə nisbi sakitlikdir. İnsanlar gündəlik həyatlarını yaşayırlar. Azərbaycan Ordusu təxribat törətmək istəyən erməniləri o dəqiqə susdurur.
Öyrəndik ki, ümumi uzunluğu 7 kilometr olan və Ermənistanla sərhəddə yerləşən Cəfərli kəndinə gedən yolun tikintisi də başa çatdırılmış, Məzəm-Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişində işlər sürətləndirilmiş, Məzəm kəndində 12 ailənin həyətində istinad divarı çəkilmişdir.
Həmişə olduğu kimi, cari ilin ötən dövrü ərzində ümumtəhsil və məktəbəqədər uşaq tərbiyə müəssisələrinə də diqqət xeyli artırılmış, onların maddi-texniki bazası daha da gücləndirilmiş, qəzalı vəziyyətdə olan uşaq bağçalarının bir neçəsi tamamilə yenidən qurulmuşdur. Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq yanvar ayında Qazax şəhərindəki uşaq bağçasında əlavə qruplar açılmışdır. Həmin bağçalara əlavə 135 uşaq cəlb edilməklə 35 nəfər işçi götürülmüşdür. Həmin işçilər işə qəbul edilərkən Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və məcburi köçkünlərə üstünlük verilmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, hesabat dövründə rayonda fəaliyyət göstərən 13 bağçada təmir işləri aparılmış, o cümlədən Qazax şəhər 2 saylı uşaq bağçası əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqlarla təmin edilmişdir. 3 saylı körpələr evi-uşaq bağçası üçün isə yeni bina inşa edilmişdir. Yaxın günlərdə 6 saylı körpələr evi-uşaq bağçasının, Qazaxbəyli, Dəmirçilər və Kosalar kəndlərində fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan bağçaların da əsaslı təmir olunmasına başlanacaq.
Əhalinin elektrik enerjisi və təbii qaza olan tələbatının ödənilməsi istiqamətində də bir sıra işlər həyata keçirilmişdir. Rayonu elektrik təchizatı ilə təmin edən Daş Salahlı və Şixlı yarımstansiyalarında təmir işləri aparılmış, 401 izolyator, 55 ağac dayaq beton dayaqla əvəz edilmişdir. Qazax şəhərinin bir sıra küçələrində, eləcə də sərhəd kəndləri olan Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Məzəm, Fərəhlidə köhnə elektrik naqilləri yenilənmişdir. Bu gün Qazaxın bütün yaşayış məntəqələri təbii qazla təmin olunur. Yaranan qəzalar vaxtında aradan qaldırılır, abonentləri narahat edən problemlər operativ həll edilir.
Son illər aqrar sahədə də çoxsaylı uğurlar qazanılmışdır. Baramaçılar bu il rekord miqdarda 6 min 260 kiloqram məhsul istehsal etmişlər. Ancaq rayon kümçüləri bunu son rəqəm hesab etmirlər. Tütünçülər isə bu il bu rəqəmi 100 ton quru tütün təhvil verməyi hədəfləmişlər. Çünki sahələrdə bol məhsul var və yığım sürətlə davam edir.
Kənd təsərrüfatının digər sahələrində də qızğın iş gedir. Taxıl biçini xüsusi nəzarətə götürülmüşdür. Rayon üzrə 12629 hektarda taxıl əkilmişdir ki, onun da 9102 hektarı buğda, 3527 hektarı arpadır. Arpa biçinini başa çatdıran fermerlər hər hektardan orta hesabla 24,6 sentner məhsul götürmüşlər. Taxıl biçini davam edir. İlkin hesablamalara görə, buğdanın da məhsuldarlığı yüksək olacaq. Biçilmiş sahələrin məhsuldarlığı onu deməyə əsas verir ki, hər hektardan orta hesabla 31 sentnerdən çox məhsul götürüləcək.
Rayonda heyvandarlıq məhsullarının istehsalı da ildən-ilə artır. Belə ki, cari ilin ötən dövrü ərzində fermerlər 27416 sentner ət, 156277 sentner süd istehsal etmişlər ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur. Qabaqcıl texnologiyalara əsaslanan heyvandarlıq təsərrüfatlarının sahibləri 6 ayda süni yolla mayalandırılmış inəklərdən 121 baş bala almışlar.
Məlum olduğu kimi, kənd təsərrüfatı məhsulları yetişdirilməsində suvarma başlıca rol oynayır. Elə buna görə də əkin sahələrinin suvarma suyu ilə vaxtında təmin olunması daim diqqət mərkəzində saxlanılır. Əsasən rayondaxili çaylardan və artezian sularından istifadə edilir. Əvvəllər bu sahədə bir sıra çətinliklər olsa da, bu problem tədricən aradan qaldırılır. Təkcə keçən il rayonun Alpout, Canalı, Hüseynbəyli, Birinci Şıxlı və Çaylı kəndlərində ümumilikdə 6 subartezian quyusu qazılaraq istismara verilmişdir. Hazırda Çaylı, Orta Salahlı, Qarapapaq, Canalı və Hüseynbəyli kəndlərində subartezian quyuları qazılır.
Qazaxda əhalinin məşğulluğunun təminatı da diqqət mərkəzində saxlanılır. Cari ilin 6 ayında rayonda 11 yeni müəssisə fəaliyyətə başlamış, 274-ü daimi olmaqla 427 yeni iş yeri yaradılmışdır. Onu da qeyd edək ki, bu dövr ərzində rayon məşğulluq mərkəzinə 34 müəssisədən 766 vakant iş yeri haqqında məlumat daxil olmuşdur. Mərkəzdə iş üçün növbəyə dayanmış 968 vətəndaşdan 556 nəfərinə göndəriş verilmiş, 539 nəfəri işlə təmin olunmuşdur. Bundan başqa, dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq “Özünüməşğulluq” layihəsində iştirak etmək üçün müraciət etmiş işaxtaranların təsərrüfatlarına baxış keçirilmiş, monitorinq nəticəsində 27 nəfər kurslara cəlb edilmişdir.

Sabir ƏLİYEV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM