Alternative content

03:49 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fındıqçılıq gəlirli sahəyə çevrilir
Fındıqçılıq gəlirli sahəyə çevrilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 24.07.2018

 

Prezident İlham Əliyevin regionların iqtisadi potensialından daha səmərəli istifadə olunması ilə bağlı verdiyi tapşırıqların icrası ilə əlaqədar Şabran rayonunda da konkret addımlar atılır. Onlardan biri fındıqçılığın inkişafı ilə bağlıdır.

Rayon ərazisində yaxın illərdə 1000 hektar yeni fındıq bağının salınması nəzərdə tutulub. Kənd ərazilərində bağ sahələri üçün yerlər də müəyyənləşdirilib. Hazırda rayonda fındıq bağlarının ümumi sahəsi 220 hektardır. Bu bağların 176 hektarı bar verəndir. Ötən il həmin bağlardan 500 tona yaxın məhsul əldə olunub. Onun da yarıdan çoxu yüksək keyfiyyətlidir.

Hazırda bu sahənin inkişafı ilə bağlı işlər davam etdirilir. Yeni fındıq bağlarının salınmasını sürətləndirmək məqsədilə rayon icra hakimiyyəti başçısı yanında qərargah yaradılaraq tədbirlər planı hazırlanıb. Əhali arasında maarifləndirmə işləri aparılır, bağlara aqrotexniki xidmətə dair sahibkarlara məlumat verilir. Əkilən ağaclar isə əsasən Zaqatala və Xaçmaz rayonlarından gətirilib. Məlumdur ki, fındıq ağacları 3-4 il sonra bar verməyə başlayır. Yüksək məhsuldarlığa 7-8 ildən sonra düşür. Hər fındıq topası 15-18 kiloqram bar verir.

Əvvəlki illərdə olduğu kimi, bu il də bağlarda budama işləri vaxtında başa çatıb. İsti yay aylarında ağacları suvarmaq üçün tədbir görülür. Yeri gəlmişkən, yeni salınan bağlara qulluq zamanı İspaniya və Türkiyə üsullarından istifadə olunur. Ənənəvi bağlarda fındıq ağacları arasında məsafə 5 metr olduğu halda, yeni əkilən tinglər 50 santimetrdən bir basdırılır. Əvvəllər fındıq bağlarına aqrotexniki qaydada qulluq olunmurdu. Yeni bağlarda əkilən tinglər mütəmadi budanır, formaya salınır. Onların suvarılması da yeni qaydada - damcı üsulu ilə aparılır. Bu, həm tinglərin lazımınca qidalanmasına səbəb olur, həm də su itkisinə yol verilmir.

Rayonda yeni salınan 870 hektara yaxın fındıq bağı yaxın illərdə məhsul verəcək. Daha 130 hektar ərazidə fındıq əkilməsi üçün ərazi təmizlənərək  hazırlanıb. Həmin ərazidə də ağaclar əsasən Zaqataladan gətiriləcək.

 

Akif ƏLİYEV,

“Azərbaycan”