Alternative content

09:44 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kəndli sudan korluq çəkmir
Kəndli sudan korluq çəkmir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 24.07.2018

 

Cəbhə bölgəsi olaraq Tərtər rayonunun ən böyük problemi əkin sahələrinin suvarma suyu ilə təminatındakı çətinliklə bağlıdır. Çünki rayonun əkin sahələri uzun illərdən bəri Sərsəng su anbarından (indi işğal altında olan) buraxılan su ilə suvarılıb. Ermənilər isə əkinlərin suya ciddi ehtiyacı olduğu qızmar yay aylarında anbardan su buraxmırlar. Çörəyi torpaqdan, əkin-biçindən çıxan kənd camaatı beləcə çətin duruma düşür.

Bölgədəki real vəziyyəti nəzərə alan Prezident İlham Əliyevin gördüyü tədbirlər Tərtər kəndlisinə, sözün həqiqi mənasında, həyat verir. Rayonun susuzluqdan zərər çəkən ərazilərinin su təminatının yaxşılaşdırılması məqsədilə keçən il Seydimli, Buruc, Köçərli, Ələsgərli, Yuxarı Sarıcalı, Səhlabad və Əskipara kəndlərində 7 subartezian quyusu qazıldı. Bu layihə dövlət başçısının imzaladığı sərəncamla həyata keçirilmişdir. Bu istiqamətdə işlər davam edir. Hazırda daha 13 subartezian quyusu qazılır.

Ümumiyyətlə, idarəmizin balansında 495 subarartezian quyusu var. Onların suyu ilə suvarılan əkin sahələri 13500 hektardır. Üzərimizə düşən vəzifənin məsuliyyətini dərk edirik. Pambıq tarlalarını, taxıl zəmilərini, yem əkinlərini, bağ-bağçaları, həyətyanı sahələri suvarma suyu ilə etibarlı təmin etmək Tərtər rayonu üçün xüsusi əhəmiyyət kəsb edən məsələdir. Qarşıya qoyulmuş vəzifəni reallaşdırmaq üçün bütün qüvvə və bacarığımızı səfərbər etmişik. İstismarda olan bütün subartezian quyularının saz və işlək vəziyyətdə olması üçün zəruri tədbirlər görürük. Mövsümlə əlaqədar idarədə gücləndirilmiş təmir briqadası yaratmışıq. Qarşıya çıxan problemlər operativ qaydada həll olunur, təmir və bərpa işləri vaxt itirilmədən görülür.

İndi Tərtərdə kənd təsərrüfatı işlərinin qızğın çağıdır. 11556 hektar taxıl zəmisinin indiyədək təxminən 1000 hektarında biçin aparılmışdır. Hazırda arpa biçilir. Orta məhsuldarlıq hələ ki 35,6 sentnerdir. Bu il 3300 hektar sahədə pambıq, 859 hektarda şəkər çuğunduru, 1435 hektarda günəbaxan, 7 min hektarda yonca, 1015 hektarda tərəvəz, 487 hektarda kartof və başqa kənd təsərrüfatı bitkiləri əkilmişdir. Rayonumuzun pambıqçıları isə keçən il respublikada ən yüksək məhsuldarlığa nail olmuşlar. Bu il də məqsəd birinciliyi qoruyub saxlamaqdır.

 

Əli ƏLİYEV,

Tərtər Subartezian Quyuları İstismarı İdarəsinin rəisi