Alternative content

14:01 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pambıq tarlaları becərilir
Pambıq tarlaları becərilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 24.07.2018

 

Cari təsərrüfat ilində Kürdəmir rayonunda 5 min 30 hektar sahədə pambıq əkilib.  Əkin əsasən “Kürdəmir KT” MMC və “Kürdəmir MTK” üzrə bağlanmış müqavilə əsasında, 1830 hektarda isə fərdi qaydada aparılıb. Hədəf 8 min ton məhsul istehsal etməkdir. 

Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, sahələrdə normal çıxış alınıb. Çıxış alınmış sahələrə kultivasiya çəkilişi zamanı azot gübrəsi verilib. Artıq pambıq əkin sahələrində birinci kompleks becərmə başa çatıb. Pambıq üçün ən qorxulu ziyanverici hesab olunan sovkaya qarşı bu il ilk dəfə bioloji üsulla mübarizə aparılır.

Pambığın əkilməsi, becərilməsi və toplanaraq qəbul məntəqələrinə təhvil verilməsi üçün rayonda 45 şum traktoru, 30 traktor qoşqusu var. Rayona pambıqyığan kombayn da gətirilib.

Xatırladaq ki, 2017-ci ildə rayon üzrə 4 min 27 hektar sahədən 5 min  tondan çox pambıq toplanmışdır. Həmçinin keçən il biri MTK xətti ilə Sor-sor, digəri isə “Kürdəmir KT” MMC xətti ilə Qarabucaq kəndində olmaqla 2 pambıq qəbulu məntəqəsi də istifadəyə verilib.

Rayonun Karrar kənd sakini, sahibkar Vəkil Məmmədov deyir ki, keçən il 25 hektardan 52 tondan çox pambıq toplayaraq “Kürdəmir KT” MMC-yə təhvil verib. Bu mövsüm isə keçən ildəkindən 5 hektar çox, yəni 30 hektar sahəyə çiyid səpib, 100 faiz çıxış alıblar.

 

Əli SƏLİMOV,

“Azərbaycan”