Alternative content

03:26 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kənd yolları yenidən qurulur
Kənd yolları yenidən qurulur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 24.07.2018

 

Salyan rayonu cənuba doğru gedən avtomobil və dəmir yolunun keçdiyi ərazidə yerləşir. Bu yollarla hər gün yüz tonlarla müxtəlif yüklər daşınır, minlərlə sərnişin mənzil başına yetişir. Məlumdur ki, bir neçə il öncə ölkəmizin şimal və qərb istiqamətlərinə gedən beynəlxalq əhəmiyyətli avtomobil yolları yenidən qurularaq istifadəyə verilmişdir.

Ələt-Astara-İran İslam Respublikası yolunun bir hissəsi artıq hazırdır. Cüzi qalmış sahəsində isə son tamamlama işləri aparılır və yol bütünlükdə bu yaxınlarda istismara veriləcəkdir.

Digərləri kimi, bu magistral şose yolu da dünya standartlarına cavab verməklə rayon mərkəzlərindən kənar keçərək maşınların maneəsiz, təhlükəsiz hərəkəti üçün şərait yaratmaqla yanaşı, həm də məsafəni qısaldacaq. Bu böyük layihələrin həyata keçirilməsi iqtisadiyyatın, onun tərkib hissəsi olan kənd təsərrüfatının, turizmin inkişafına zəmin yaradacaq. Yolun keçib getdiyi çayların üzərində körpülər tikilmiş, yolayrıcları və digər qurğular salınmışdır. Ələt-Astara yeni avtomobil yolunun Salyan şəhəri yaxınlığından keçən hissəsində, Kür çayı üzərindəki əzəmətli körpü onlardan biridir.

Yol çəkmək, körpü salmaq qədimdən savab iş sayılıb. Bu barədə danışarkən ulu öndər Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyatdır” sözləri yada düşür. Yolları eyni zamanda iqtisadiyyatın qan damarları adlandırırlar. Bu mənada ölkəmizdə görülən və görülməkdə olan işlər, həyata keçirilən layihələr Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsinin məntiqi nəticəsidir. Hazırkı mərhələdə respublikamızın bütün rayonlarında kənd yolları təzələnir, yeni yollar çəkilir. Bununla bağlı dövlət başçısı bir-birinin ardınca sərəncamlar imzalayır.

Kənd yolları ilə əlaqədar Salyan rayonunda da ardıcıllıqla işlər görülür. 2016-cı ildə Çuxanlı-Parçaxələc, 2017-ci ildə Qaraçala, Düzənlik, Birinci Varlı, Peyk kəndlərini birləşdirən yeni avtomobil yolu istifadəyə verilmişdir. Hazırda ümumi uzunluğu 13,1 kilometr olan Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndarası yolunda iş gedir. Yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Salyandakı “44 №-li Yol İstismarı” MMC tərəfindən aparılır.

MMC-nin baş mühəndisi Azad Salahov və istehsalat üzrə mühəndis Əzizağa Qasımovla bu barədə söhbət etdik. Dedi ki, 6 yerdə suötürücü, 7 yerdə dəmir-beton, 10 yerdə dairəvi boru dəyişdirilib. Eyni zamanda yolda 3-cü qrup qrund torpaq yatağı genişləndirilmiş, optimal qum-çınqıl qarışığından istifadə olunaraq alt və üst qatlar tikilmişdir. Asfaltın alt və üst hissəsi birlikdə 12 santimetrdir. Yolun hərəkət hissəsinin eni 6, çiyinlərin hər iki tərəfdən eni 2 metr olacaq.

Yolçəkənlərlə də görüşdük. Yolun Marışlı kəndi ərazisində avtoqreyderçi Kamal Pənəliyev, vərdənəni idarə edən Abduləli Axundov və suçiləyici maşının sürücüsü Afət Hüseynovla tanış olduq. Üçü də yaxşı işçidir.

- Yol çəkməyin savab, gərəkli iş olduğunu yaxşı bilirik. Özünüz görürsünüz ki, idarə etdiyimiz texnikalar hamısı təzədir. Hər birinin kabinəsində kondisioner, hər cür rahatlıq var. Hər ay yüksək maaş alırıq, ailəmizi yaxşı dolandırırıq. Bunun da əvəzində çalışırıq ki, işi keyfiyyətli görək. Çəkdiyimiz yol uzunömürlü olsun, insanlar ondan bəhrələnsinlər”, - dedilər.

Yolun çəkilişində 10 nəfər fəhlə çalışır və bir o qədər də maşın-mexanizmlərdən istifadə olunur. Yolçəkənlər işlərini senytabrın sonuna kimi başa çatdırmağı planlaşdırmışlar.

Salyan ərazisində digər bir yol tikintisi rayonun Noxudlu kəndindən keçən Şirvan-Salyan yoludur. 43 kilometrlik bu yolun 13 kilometrinə “44 №-li Yol İstismarı” MMC xidmət göstərəcək. Çoxdan bəri tikintisinə başlanmış Salyan-Şirvan avtomobil yolunda da işlər sürətlənmişdir. Bu yolun da tikintisinin sona çatacağı günü əhali səbirsizliklə gözləyir.

 

Seyran CAVADOV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM