Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

18:31 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəğməli, musiqili ocaq
Nəğməli, musiqili ocaq
ANA SƏHİFƏ / Mədəniyyət
12:07 24.07.2018

 

Ağdamın Gülablı kənd uşaq musiqi məktəbində milli-mənəvi sərvətimiz göz bəbəyi kimi qorunur

 

Ağdamın işğalından sonra Gülablı kənd uşaq musiqi məktəbi müxtəlif ünvanlara üz tutdu. Yurd ağrıları və qayğıları ilə baş-başa qalan kollektiv ruhdan düşmədi, milli-mənəvi sərvətimizi göz bəbəyi kimi qorudu.

1979-cu ildə yaradılan məktəbin bu gün hansı qayğılarla yaşadığını öyrənmək üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində salınmış “məcburi köçkünlər şəhərciyi”nə üz tutduq. Bakı-Şamaxı magistralının 20-ci kilometrliyindəki şəhərcikdə sığınacaq tapan kollektivdə yüksək əhval-ruhiyyə gördük. Məktəbin direktoru Bakı Musiqi Akademiyasının məzunu Aygün Hüseynova ilə xeyli söhbət etdik. O, kollektivin keçdiyi yola qısa nəzər saldı: “Qarabağın tarixində musiqi xüsusi yer tutur. Tanrı vergisi olan bu milli sərvətimizi qoruyub saxlamaq, işğal altındakı torpaqlarımızı düşməndən azad etmək qədər vacibdir. Torpaqlarımızı, İnşaallah, azad edəcəyik. Buna hər bir qarabağlı, o cümlədən kollektivimiz də inanır. Səbəblərini sadalamayaq. Lakin düşmən ancaq torpaqlarımıza göz dikməyib. Mənfur qonşumuz musiqimizi, xalq və bəstəkar mahnılarımızı oğurlamaqla - “erməniləşdirməklə” məşğuldur. Tarixi, mədəniyyəti olmayan haylar bizim milli-mənəvi sərvətimizi “özününküləşdirmək” üçün dəridən-qabıqdan çıxırlar. Qafqaz xalqlarının musiqisində ritmlər oxşardır, amma hər xalqın musiqisi onun genetikasından qaynaqlanır, bir anda hiss olunur ki, kimə məxsusdir”.

Bu musiqi ocağından kimlər boy verməyib?! Təkcə onu deyək ki, Qarabağın, xüsusən Ağdamın musiqi dünyasında tanınanlardan biri, “Azad bir quşdum, yuvamdan uçdum” mahnısı ilə sevilən Səxavət Məmmədov kimi ölməz sənətkar məktəbin məzunu olub.

Həmsöhbətimiz davam edir: “Ağdamın musiqi dünyası çox zəngindir. Rayonumuzda ilk musiqi məktəbinin yaradılmasında xüsusi əməyi olan Əlipaşa Daşdəmirov kimi sənət fədailərimizin adını kölgədə qoymamalıyıq. 1941-1945-ci illər müharibəsindən əvvəl xanəndəliklə məşğul olan Əlipaşa müəllim Ağdamda ilk muqisi məktəbinin yaradıcısı hesab olunur. Bu, təxminən 1934-1935-ci illərə təsadüf edir. Müharibə dövründə fəaliyyətini dayandıran həmin məktəb 1947-ci ildə yenidən qapılarını istedadların üzlərinə açır. Onlardan biri də Xosrov Fərəcovdur. Ağdam şəhər Mədəniyyət Evinin nəzdində məşhur “Şur” ansamblını yaradıb və uzun müddət ona rəhbərlik edib. O, kamil tarzən idi. Digər rayonlardan fərqli olaraq, işğaldan əvvəl Ağdamda musiqi məktəbləri daha çox idi. Həmin ənənə, şükürlər olsun ki, bu gün də davam edir. Konkret desək, rayonun 8 kəndində yeddillik uşaq musiqi məktəbinin fəaliyyət göstərməsi təsadüfi deyil. Bu onun göstəricisidir ki, Qarabağda musiqiyə vurğunluq gendən gəlir, nəsildən-nəslə ötürülür”.

Haqqında söz açılan musiqi məktəbi Ağdamın işğalından sonra fəaliyyətini bir müddət Bərdədə davam etdirib. Lakin şəraitsizlikdən Bakıya köçüb, 2006-cı ildən 2013-cü ilədək Bakı Dövlət Universitetinin yataqxanasında sığınacaq tapmışdı. Hazırda Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış məntəqəsində fəaliyyətini davam etdirir. 55 ixtisas müəllimi 200-dən artıq şagirdin musiqiyə olan həvəsini artırmaq, onları özfəaliyyətdən peşəkarlığadək hazırlamaq üçün var qüvvəsi ilə çalışır. Bunun üçün də çox münbit, hərtərəfli şərait də yaradılıb. Direktorun sözlərinə görə, istər Mədəniyyət Nazirliyi, istərsə də rayon rəhbərliyi onlara daim diqqət və qayğı ilə yanaşıblar. Nəticə isə göz qabağındadır. Kollektiv respublika müsabiqələrində, eləcə də müxtəlif festivallarda, sadəcə iştirak etmir, həm də layiqli yer tutaraq mükafatlandılırlar.

Ayrı-ayrı ixtisaslar üzrə faliyyət göstərən siniflərə baş çəkdik. Nərmin Orucovanın, Sədaqət Məmmədovanın, Sabiq Əliyevin, Gündüz İsmayılovun, Habil Məmmədovun, Rəhman Zamanovun, Tural Allahverdiyevin, Sevda Süleymanovanın, öz peşə və ixtisasını sevdirən digər müəllimlərin əməyi sayəsində məktəbin xanəndəlik sinfinin şagirdləri Mahmud Rzazadə ilə Kamal Mustafayev ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş respublika müsabiqəsinin qalibləri adını qazanıb və mükafatlandırılıblar.

Sinif otaqlarından gələn musiqi insan ruhunu oxşayır. Musiqi alətlərinin ifaçıları  birləşəndə bütöv bir xalq çalğı alətləri ansamblı yaranır. Sazda “Dilqəmi”, tarda “Çahargah”, qarmonda “Tərəkəmə”, fortepianoda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından parçalar nağaranın ritmində, sintizatorla elə müşayiət olunur ki, sanki bir orkestrdir. Burada saz müəllimi Anar Alnağıyevin şagirdləri - Elmaraz Cəbrayıllı ilə Asif Hacızadənin də dəst-xətti hiss olunur. Fortepiano müəllimi Nərminə Orucova 1-ci sinif şagirdi Zeynəb Abdullayevanın musiqi duyumu ilə incə, zərif barmaqlarının eyni ahəngdə olduğunu söyləyir. Belə istedadların məktəbdə az olmadığını öyrəndik. Onların sırasında isə Əmrullah Rüstəmov, Şəmsi və Nadir Abdullayevlər, Rəvan Qaraxanov, Ülvi İsgəndərli, Əli Mustafazadə, Şəms Vəliyeva, Sona Abdullayeva və İlkin Qədirovun da adları var.

 

Məhəmməd NƏRİMANOĞLU,

Fərman BAĞIROV (foto),

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM