Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

09:19 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sərmayə yatırımı iqtisadi inkişafın dinamikasını təmin edir
Sərmayə yatırımı iqtisadi inkişafın dinamikasını təmin edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 24.07.2018

 

Məlumdur ki, hər bir layihənin həyata keçirilməsi həcminə görə sərmayə tələb edir. Təsadüfi deyil ki, müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə iqtisadi inkişafa nail olmaq üçün ən çox ehtiyac duyduğumuz da məhz kapital qoyuluşu idi. Buna həm dövlət, həm də özəl sektorlarda çox ehtiyac vardı. Bu baxımdan kapital qoyuluşunun iqtisadi inkişafa təkan verən başlıca amil olması danılmaz faktdır.

Ölkəmizdə kapital qoyuluşu ilk dövrlərdə iki mənbədən qaynaqlanırdı - birincisi, xarici sərmayə, ikincisi isə neft hasilatından əldə edilən gəlirlər. Əvvəllər xarici sərmayə əsasən neft sektoruna qoyulurdu. Digər sahələr rentabelli olmadığına görə xarici investorlar üçün cəlbedici deyildi. Dövlət isə neftdən əldə edilən vəsaiti ilk növbədə infrastruktur və sosial layihələrin icrasına yönəldirdi. Məhz bunun  sayəsində qısa vaxtda ölkəmizdə müxtəlif sahələr üzrə mükəmməl infrastruktur formalaşdı. Min kilometrlərlə yollar salındı, elektrik stansiyaları tikildi, elektrik xətləri çəkildi, qaz, su və kanalizasiya sistemi yenidən quruldu, səhiyyə, təhsil, mədəniyyət, idman qurğuları inşa olundu. Eyni zamanda yüz minlərlə qaçqın və məcburi köçkün üçün yeni yaşayış binaları və fərdi evlər tikilərək onların istifadəsinə verildi.

Paralel olaraq həyata keçirilən qeyri-neft sektorunun inkişafı siyasəti bu sahəyə də kapital qoyuluşunu sürətləndirdi. Qeyd edək ki, bu gün xarici sərmayədarlarda qeyri-neft sektoruna kapital qoymağa xeyli maraq var. Bu isə həm də ölkədə xarici investisiyanın qanunla qorunmasından irəli gəlir. Belə ki, ölkəmizdə mövcud olan mükəmməl qanunvericilik bazası xarici sahibkarları əmin edir ki, onların bütün sahələrə, o cümlədən qeyri-neft sektoruna yatırdıqları sərmayə etibarlı şəkildə  qorunur. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda qeyri-neft sektorunda yüzlərlə tam xarici investisiyalı və ya qarışıq investisiyalı müəssisələr fəaliyyət göstərir.

Hələ bir neçə il əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən Azərbaycan vətəndaşının qarşılaşdığı problemlərdən biri ilkin vəsaitin əldə edilməsindəki çətinliklər idi. Həmin dövrdə banklar krediti yüksək faizlə və qısa müddətə verirdi. Sahibkarlar da bundan faydalana bilmirdilər. Dövlət bu problemi aradan qaldırmaq üçün sahibkarlara güzəştli şərtlərlə kredit verməyə başladı. İndiyədək sahibkarlara milyon manatlarla güzəştli kreditlər verilib. Bunun sayəsində xüsusən regionlarda minlərlə yeni müəssisə fəaliyyətə başlayıb, çoxsaylı iş yerləri yaradılıb. Hazırda hətta kapital qoyuluşunda yerli sahibkarlar üstünlük təşkil edirlər. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, təkcə cari ilin yanvar-may aylarında qoyulan ümumi sərmayənin 50,7 faizi qeyri-dövlət sektoru investorlarına məxsus olub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri isə ümumi sərmayənin 53,7 faizini təşkil edib. Bu fakt bir daha onu göstərir ki, dövlət tərəfindən sahibkarlara göstərilən qayğı  müsbət nəticələr verir.

Sözügedən dövrün hesabatına gəldikdə, ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 240,8 milyon manat vəsait yönəldilib. İstifadə edilən vəsaitin 73,1 faizi məhsul istehsalı, 20,8 faizi xidmət obyektlərinin, 6,1 faizi ümumi sahəsi 640,8 min kvadratmetr olan yaşayış yerlərinin tikintisinə sərf edilib.

Bütün ölkələrdə, həmçinin Azərbaycanda kapital qoyuluşu həyata keçirilərkən hansı istehsal sahələrinin inkişaf etdirilməsi məsələsi əsas götürülür. Odur ki, istər dövlət, istərsə də sahibkarlar tərəfindən yatırılan sərmayə çox vaxt yeni istehsal sahələrinə yönəldilir. Məqsəd ölkədə daha çox çeşiddə məhsul istehsalına nail olmaqdır. Çünki istehsal nə qədər çox və müxtəlif olarsa,  ixrac da bir o qədər artar. Son dövrlər ixracatda qeyri-neft məhsullarının çəkisinin  artması da bununla bağlıdır.

Cari ilin yanvar-may aylarında ölkəmizə xarici sərmayələrin qoyuluşu da davam edib. Belə ki, həmin dövrdə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 426,6 milyon manat vəsait yönəldilib. Həmin kapitalın 79,3 faizi Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Yatırılan sərmayələr hesabına ölkəmizdə bir sıra istehsal, sosial və xidmət sahələri istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, 922 şagirdlik 3 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi, Bakıda Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” hoteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşaqları, Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə 2 müəssisəsi, “Azərxalça” ASC-nin Xaçmaz filialı, Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu onların yalnız bir hissəsidir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM