Alternative content

08:20 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağır atletimiz Murad Əliyev Avropa birinciliyində qızıl medal qazanıb
Ağır atletimiz Murad Əliyev Avropa birinciliyində qızıl medal qazanıb
ANA SƏHİFƏ / İDMAN
10:07 23.07.2018

 

Milanda 15 və 17 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Qırxa yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

AZƏRTAC xəbər verir ki, Milandakı birincilikdə Azərbaycan yığmasının üzvlərindən daha ikisi – Murad Əliyev və Kamil Nəbiyev 15 yaşadək oğlanların mübarizəsində 62 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Kamil Nəbiyev birdən qaldırma hərəkətində 80 kiloqramın öhdəsindən gələrək bu hərəkətdə 12-ci olub. O, təkanla qaldırmada 104 kiloqramı ram edərək doqquzuncu yeri tutub. Toplam 184 kiloqram (80+104) nəticə ilə Kamil Nəbiyev onuncu yerdə qərarlaşıb.

Murad Əliyev isə bu çəkidə Avropa birinciliyinin qalibi adını qazanıb. Birdən qaldırma hərəkətində 100 kiloqram nəticə ilə bütün rəqiblərini üstələyən atletimiz qızıl medala layiq görülüb. Təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirən təmsilçimiz 118 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qalib olub. Toplam 218 kiloqram (100+118) nəticə ilə Avropanın ən yaxşısı adını qazanan Murad Əliyev yekun sıralamada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.