23 Iyul 2018 09:07
129
İQTİSADİYYAT
A- A+

Afrika İttifaqı Komissiyasının komissarı “Azərkosmos” ASC-də olub

Afrika İttifaqı Komissiyasının infrastruktur, enerji, İKT və turizm üzrə komissarı xanım Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Amani Abu-Zeyd ilə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayevin iştirakı ilə keçirilən görüşündə qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və gələcək planları barədə geniş məlumat verilib. Eyni zamanda, bu il orbitə buraxılacaq “Azerspace-2” telekommunikasiya peykinin əhatə dairəsi, xüsusilə Afrika qitəsi üzərində güclü siqnala malik olması və “Azərkosmos” üçün Afrika regionunun prioritetliyi da vurğulanıb.

Səfər çərçivəsində xanım Abu-Zeyd “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində də olub. Qonağa “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə rabitə və yayım xidmətlərinin göstərilməsi, infrastruktur layihələri, kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə və digər tətbiq sahələrində “Azersky” peyki təsvirlərinin istifadə edilməsinə dair məlumat verilib. Görüşdə, həmçinin kosmik sahədə insan kapitalının inkişaf etdirilməsi, xüsusən də yüksəkixtisaslı peşəkar kadrların hazırlanması, onların nəzəri və praktik biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs olunub. Görüşdə xanım Abu-Zeyd Afrika İttifaqı ölkələrində Azərbaycanın kosmik sahədə əldə etdiyi təcrübəni öyrənməkdə maraqlı olduğunu bildirib.

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabrından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla, Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və qarşıdakı illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən əldə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video