Alternative content

06:14 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məsud Özil Almaniya millisindən gedir
Məsud Özil Almaniya millisindən gedir
ANA SƏHİFƏ / İDMAN
05:07 23.07.2018

Almaniyanın türk mənşəli məşhur futbolçusu Məsud Özil 2009-cu ildən bəri heyətində 92 oyun keçirdiyi və 23 qol vurduğu yığma komandanı tərk etdiyini bildirmişdir. O, milli komandanın heyətində 2014-cü ildə dünya çempionu adını qazanmış, 2010-cu ildə mundialın bürünc medalına sahib olmuşdur. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

“İrqçiliyə və hörmətsizliyə məruz qaldığımı hiss etdiyimdən bundan sonra Almaniya yığmasında çıxışlarımı dayandırıram. Almaniya formasını qürur və ruh yüksəkliyi ilə geyinirdim. Lakin indi eyni hissləri keçirmirəm. Bu qərarı vermək mənim üçün çox çətindir. Çünki hər zaman komanda yoldaşlarım, məşqçilərim və alman xalqı üçün heç nəyi əsirgəmədim.
Lakin Almaniya Futbol Federasiyasının yüksək vəzifəli məmurlarının türk əslimə hörmət etməmələri və məni siyasi təbliğat oyununa cəlb etmək istəkləri vəziyyəti dözülməz həddə çatdırdı. Ayrıseçkilik heç vaxt qəbul oluna bilməz”, - deyə futbolçu bildirmişdir.
29 yaşlı futbolçu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə şəkil çəkdirdikdən sonra AFF prezidenti Reynharq Qrindel onu və digər türk əsilli oyunçu İlkay Gündoğanı seçki kampaniyasına alət olmaqda ittiham etmişdir.