23 Iyul 2018 09:07
330
Mədəniyyət
A- A+

Fərqli baxışlar və yeni ideyalar

 

“YARAT” Müasir İncəsənət Mərkəzi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində regionlardakı rəsm qalereyaları və muzeylərdə çalışan tərtibatçı-rəssamlar üçün “Müasir sərgi konsepsiyası” adlı təlim-seminar keçirilib.

Elmi-metodiki mərkəzdən AZƏRTAC-a bildirilib ki, 15 regional mədəniyyət idarəsinin təmsil olunduğu təlimin keçirilməsində məqsəd burada çalışan gənc tərtibatçı-rəssamlarda müasir peşə səriştələrinin formalaşdırılması olub. Bu cür peşə səriştələri sırasında sərgilərin hazırlanması, ekspozisiyaların qurulması, sərgilərin texniki hazırlıq proseslərinin aparılması, praktiki hazırlıq mərhələləri və digər bu kimi məsələlər qeyd olunmalıdır. Təqdim olunan format mədəniyyət və incəsənət sahəsində çalışan gənc əməkdaşlar üçün ilk dəfə təşkil edilib.

Gündəliyi üç mərhələdən ibarət tədbirin birinci mərhələsində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Əmək, istirahət və xəyallar: 1960-1980-cı illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərginin təqdimatı baş tutub. Sərginin kuratoru, “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki incəsənət əsərləri vasitəsilə müxtəlif mövzuların araşdırılması məsələsindən danışıb. Bildirib ki, müxtəlif təşkilatlarla birlikdə belə layihələr qurmaq daha faydalıdır. Sərgidə kreativ üsullarla yaradılan əsərlərə üstünlük verilir. Keçən il sərgiyə gələnlərin sayı 40 min nəfərə çatıb.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev birgə tədbirlərin əhəmiyyətindən danışaraq, gələcəkdə onların davamlı olacağına dair arzusunu bildirib.

İkinci mərhələdə ekspozisiyaların qurulması prosesində texniki hazırlıq işlərinə nəzər salınıb. Köməkçi kurator Fərəh Ələkbərli texniki hazırlıq prosesində işıq və rəng amilinin, müasir texniki avadanlıqdan istifadə qaydalarının, eksponatların estetik təqdimatının vacib məqamlarını açıqlayıb.

Üçüncü mərhələ isə qrup işi – praktiki mərhələ adlandırılıb. Burada F.Ələkbərli mətnlərin yazılmasından danışıb. Təlim iştirakçıları qruplara bölünməklə təqdim olunan sərgidən seçilmiş bir neçə əsərdən ibarət öz kiçik sərgi modelini hazırlayıblar.

Daha sonra təhsil layihələrinin rəhbəri Səyyarə Hüseynli tərəfindən “YARAT” Müasir İncəsənət Mərkəzinin fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Tədbirin sonunda S.Qarayeva-Maleki regionlardakı rəsm qalereyaları və muzeylərdə çalışan tərtibatçı-rəssamlara sertifikatlar təqdim edib.

Sumqayıt Rəsm Qalereyasının əməkdaşı Günel Hüseynova “YARAT” Müasir İncəsənət Mərkəzinə və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə təşəkkür edərək, tədbirin əhəmiyyətini, iştirakçıların hər birinə fərqli yanaşılmanın müvafiq sahədə çalışanlar üçün çox dəyərli olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video