Alternative content

11:52 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqtisadi müstəqillik milli inkişafın möhkəm təməlidir
İqtisadi müstəqillik milli inkişafın möhkəm təməlidir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 22.07.2018

 

Son 6 ayda reallığa çevrilən sosial-iqtisadi layihələr ölkənin dinamik tərəqqisi üçün real zəmin yaradıb

 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda ötən altı ay ərzində əldə edilən uğurlar, naliyyətlər, həmçinin nöqsanları nəzərə çatdırdı, dövlət başçısı həlli vacib olan məsələlərlə bağlı ciddi tapşırıqlarını da verdi. Cənab İlham Əliyev bütün sahələrdə islahatların davam etdiriməsinin, daha da dərinləşməsinin vacibliyini vurğuladı.

 

Kompleks islahatlar, şaxələnən iqtisadiyyat

 

İclasda səslənən fikirlərə əsaslanaraq söyləyə bilərik ki, ölkədə müəyyən edilən strateji xəttə uyğun dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb. Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb.
“Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır” - deyən dövlət başçısı bir daha bəyan etdi ki, son illərdə güclü iqtisadiyyat quran Azərbaycan bu gün heç kimdən asılı deyil və iqtisadi baxımdan 15 il ərzində ölkəmiz qədər inkişaf edən ikinci dövlət yoxdur.

 

İlin uğurlu inkişaf göstəriciləri

 

Təkcə bu ilin göstəricilərinə nəzər yetirdikdə, bütün sahələrdəki inkişafı aydın şəkildə görə bilərik. Son 6 ayda aparılan iqtisadi islahatların uğurlu nəticələri, gerçəkləşən sosial-iqtisadi və beynəlxalq əhəmiyyətli transmilli layihələrə və digər uğurlara nəzər yetirək:

- “Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi keçirilib;
- Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib;
- TANAP-ın açılışı baş tutub;
- Müstəqillik dövrünün ən böyük əfv sərəncamı ilə 634 nəfər azadlığa qovuşub;
- Bakıda təntənəli hərbi parad keçirilib;
- Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra işğaldan azad edilib;
- “Formula-1” Azərbaycan Qran-prisinin 3-cü mərhələsi uğurla gerçəkləşib;
- Qida Təhlükəsizliyi Agentliyi yaradılıb;
İqtisadi göstəricilər:
- Valyuta ehtiyatları 44,3 milyard dollara yüksəlib;
- Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub;
- Ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2, qeyri-neft sənayesi 8,8, kənd təsərrüfatı 7,6 faiz artıb;
- İnflyasiya cəmi 3 faiz təşki edib;
- Xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34, qeyri-neft ixracı 20 faiz artıb;
- Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub;
- 611 sahibkara 100 milyon manat güzəştli kredit verilib;
Sosial infrastruktur:
- Mingəçevirdə “ASAN Həyat” kompleksi açılıb;
- Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu fəaliyyətə başlayıb;
- 10 rayonda xalça emalatxanası açılıb;
- 175 subartezian quyusu qazılıb istifadəyə verilib;
- 42 rayonun 29 yaşayış məntəqəsinin qazlaşdırılması başa çatdırılıb;
- Sumqayıt Polipropilen zavodu açılıb;
- Uzunluğu 250 kilometr olan 17 qəsəbə və kəndlərarası yollar istifadəyə verilib;
- Bakı-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb;
Valyuta ehtiyatları:
2004-cü il - 1,8 milyard,
2018 - 44,3 milyard dollar

2004-cü ildə Prezident İlham Əliyevin göstərişi və şəxsi nəzarəti ilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramının icrasına başlanılarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Bu gün isə bu rəqəm 44,3 milyard dollara bərabərdir.
Qısa müddət ərzində valyuta ehtiyatlarının 24 dəfədən çox artımı onu deməyə əsas verir ki, Azərbaycan 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Dövlət başçısının söylədiyi kimi, 15 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb.

 

Görüləcək işlər və qarşıdakı hədəflər

 

Bu gün təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedən Azərbaycan inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir.
Xüsusilə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli proqramların qəbul və icra olunması hər bir bölgənin tarazlı inkişafını təmin edib. İlin ikinci yarısında regionlarda reallaşacaq sosial-iqtisadi layihələr də bunu bir daha təsdiqləyir. Beləliklə, ilin sonuna kimi:
- 137 modul tipli məktəb tikiləcək;
- 20 min məcburi köçkün yeni evlərlə təmin ediləcək;
- 2 “ASAN xidmət” mərkəzi açılacaq;
- 5 rayonda 100 milyon manatdan çox olan sərmayə layihələri icra ediləcək;
- 2 şəhərdə olimpiya idman mərkəzləri istifadəyə veriləcək;
- kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq;
- “SOCAR Polymer” və gübrə zavodlarının açılışı nəzərdə tutulur;
- Masallı sənaye məhəllələsi fəaliyyətə başlayacaq;
- Minimum 600 kənd yeni yollarla təmin ediləcək;
- Bakı-Gəncə sürət qatarının xəttə buraxılması nəzərdə tutulur;
- 14 aqropark istifadəyə veriləcək;
- üçüncü peykimiz orbitə buraxılacaq.
Ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problemin yaranmadığını, maliyyə vəziyyətinin çox sabit olduğunu söyləyən dövlət başçısı verilən tapşırıqların ilin sonuna qədər yerinə yetirilməsinin vacibliyini vurğuladı.

 

İslahatlar daha da dərinləşməlidir

 

Son 6 ayın uğurlu göstəriciləri və qarşıdakı hədəflər aparılan islahatların bəhrəsidir desək, yanılmarıq. Ancaq dövlət başçısı vurğuladı ki, bundan sonrakı illərdə də ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir. Bunu təmin etmək üçün isə əlbəttə ki, islahatlar daha da dərinləşməlidir. Məhz bunun sayəsində Azərbaycan iqtisadiyyatının uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərməsi, qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsi mümkün ola bilər.
Bütün bu uğurlu göstəricilərin Davos Dünya İqtisadi Forumunun hesablamalarında da öz əksini tapması Azərbaycan həqiqətlərini bir daha dünyaya nümayiş etdirmiş olur. Belə ki, son hesabata görə, Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü, xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci, ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı, rəqabətqabiliyyətliliyinə görə 35-ci, yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir.
Bütün bunlar müstəqil Azərbaycanın son 15 ildəki inkişaf göstəricisidir. Bu reallıqlar verilən bütün vədlərin uğurla yerinə yetirildiyini bir daha təsdiqləyir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM