Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:31 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BTC-nin 3929 tanker yükü
BTC-nin 3929 tanker yükü
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 22.07.2018

 

Tankerlərə kəmərin indiyədək nəql etdiyi 3 milyard barel neft vurulub

 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin nəql etdiyi Xəzər xam nefti indiyədək 3929 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. 3929-cu tankerə vurulan BTC-nin Ceyhana gətirdiyi 3 milyardıncı barel neft olub.

 Ceyhan terminalında BTC nefti ilə ilk tanker isə 12 il əvvəl - 2006-cı ilin yayında yüklənmişdi. Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən 1768 kilometr məsafə boyu nəql olunan təxminən 600 min barel həcmində “Azəri-Çıraq-Günəşli” xam neftindən ibarət həmin ilk yükü dünya bazarlarına “British Hawthorn” tankeri aparmışdı. 

Xəzərin karbohidrogenlərini uzun müddətdir ahəngdar və təhlükəsiz nəql etməsi BTC-nin böyük uğurudur. Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi BTC qapalı Xəzər hövzəsi və bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir.

Tikinti mərhələsindən başlayaraq BTC regiona mühüm mənfəətlər gətirərək müsbət dəyişikliklər yaradıb. Kəmər Bosfor və Dardanel boğazlarından yan keçməklə tranzit ölkələrin mühüm gəlirlər əldə etməsinə imkan verir. BTC həmçinin neft daşımalarının artımına, ekoloji risklərin azalmasına kömək edir. Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələri gücləndirir.

Müasir dövrdə karbohidrogenlərin daşınması üçün ən etibarlı vasitə torpağın altında basdırılan kəmərlər sayılır və bunlardan biri BTC-dir.  BTC gözə görünməyən, səssiz və nefti minimum risklə nəql edən kəmərdir. Bunun nəticəsidir ki, kəmər texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilərə malikdir. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 faizdən artaraq 99,9 faiz səviyyəsinə çatıb. Mütəxəssislər  əminliklə deyirlər ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir.

Kəmərin gündəlik ötürücülük gücü 1,2 milyon bareldir. Xətt 46, 42 və 34 düymlük borulardan ibarətdir. Onun üç ölkənin ərazisində 8 nasos və 98 siyirtmə stansiyası var. Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə enməzdən əvvəl marşrutunun 2830 metr səviyyəsində ən yüksək nöqtəsinə qalxır. Bir neçə dağ silsiləsindən adlayan BTC 3 min yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətləri ilə kəsişir, Türkiyədə eni 500 metrə çatan Ceyhan çayının yerləşdiyi ərazidəki keçid də daxil olmaqla 1500-dən artıq su hövzəsinin altı ilə uzanır.

Xatırladaq ki, BTC dünya miqyasında dövrün ən böyük və mürəkkəb mühəndis-texniki qurğularından biri hesab edilir. Təsadüfi deyil ki, kəmərin tikintisinin tamamlanması üçün 4 il vaxt tələb olunub. Layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında sona çatdırılıb. Tikintinin ən qızğın dövründə işə 22 min nəfər cəlb edilib ki, bunların da 80 faizə qədəri inşaat meydançalarına yaxın ərazilərin sakinləri olub.

BTC 220 min borunun bir-birinə qaynaq edilməsindən yaranmış xətdir. Kəmərin çəkilişinə 10 milyondan artıq adam-saat sərf edilib. BTC-yə aid daha maraqlı bir fakt: onu tikmək üçün 200 milyon kilometrdən artıq məsafə qət edilib. Bu da Yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir. Bütün bunlara görə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri minlərlə insanın - regional və beynəlxalq hökumətlərin, tərəfdaşların, layihənin bütün mərhələlərində iştirak edən şirkətlərin, xəttin keçdiyi ərazilərdəki icmaların nümayəndələrinin uğuru və qürurudur.

 

Flora SADIQLI,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM